manera.az
manera.az

“Rəy kitabı”nda yazılan fikirlər - MÜZAKİRƏ _MANERA

📅 13.02.2016 14:28

 “Rəy kitabı”nda yazılan fikirlər - MÜZAKİRƏ _MANERA

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin iclası keçirilib.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, iclas 5 il öncə yaradılan və bütün tamaşalarda izləyicilərin ixtiyarına verilən “Rəy kitabı”nda yazılan fikirlərin müzakirəsinə həsr edilib.

Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov rəy kitabında yazılan fikirlərlə iclas iştirakçılarını tanış edib: “Tamaşalarımızın, eləcə də aktyorlar və rejissorlarımızın peşəkarlıq səviyyəsini müəyyən etmək, tamaşaçılarımızın teatrımıza, nümayiş etdirdiyimiz səhnə əsərlərinə münasibətlərini öyrənmək üçün 2011-ci ildə “rəy kitabı”nın yaradılmasına qərar verdik”.

Direktor bildirib ki, bu kitabda müxtəlif təhsil müəssisələrinin müəllim, şagird, valideyn və tələbə kollektivi, eləcə də sıravi tamaşaçıların, xarici ölkə vətəndaşlarının rəyləri yer alıb. Rəylər həm uşaq, həm də böyük tamaşalarına yazılıb.

Bütün rəylərlə tanış olduğunu deyən M.Həmidov kitabda yazılanların 98 faizinin müsbət fikirlər, gələcəklə bağlı maraqlı təkliflər, yerli və xarici dramaturqların əsərlərinə müraciətlə bağlıdır. Nəzərə çatdırıb ki, izləyicilər səhnə əsərlərinə maraqla baxdıqlarını, çox böyük zövq aldıqlarını, gələcək tamaşaları səbirsizliklə gözlədiklərini qeyd edirlər. Bu kimi fikirlərin onları çox sevindirdiyi və gələcək uğurlara stimul verdiyini vurğulayıb.

Direktor rəylər arasında bəzi nöqsanların, iradlar da göstərildiyi qeyd edərək bildirib ki, bu da normaldır. Çünki iş olan yerdə nöqsan da olur. Növbəti tamaşalarımızda izləyicilərin göstərdikləri etimadı doğruldaraq göstərilən təklif və iradları aradan qaldırmağa çalışacağıq.

İclasda iştirak edən teatrın quruluşçu rejissorları hazırlanacaq gələcək tamaşalarda göstərilən təklif və iradları nəzərə alacaqlarını bildirərək, rəy kitabında qeyd edilən fikirlərin teatrın 90 illik yubileyində kitab şəkildə nəşr olunması, habelə bu rəylərin teatrın saytında və KİV-də yerləşdirilməsini təklif ediblər.


Baxış sayı - 1 393 | Yüklənmə tarixi: 13.02.2016 14:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031