manera.az
manera.az

Teatrların oktyabr repertuarı - Afişa

Teatrların oktyabr repertuarı - Afişa
MANERA.AZ paytaxt teatrlarının oktyabr repertuarını təqdim edir:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı oktyabr ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək. Sənət ocağı ayın ilk günündə məşhur "Ölülər" tamaşasıyla oktyabra "xoş gəldin" deyəcək. Növbəti gün "Mənim günahım" tamaşası sənətsevərlərlə görüşəcək. Oktyabrın 6-da "Yay günü", 7-də "Filumena Marturano", 8-də "Şah Qacar", 9-da "Dəli yığıncağı", 13-də "Medeya", 14-də "Qürbətdən gələn məktublar", 15-də "Qətibə İnanc", 16-da "Ah, bu uzun sevda yolu..." tamaşaları nümayiş etdiriləcək. Ayın son on günlüyü üçün isə repertuar belə müəyyənləşib: oktyabrın 20-də "Xanuma", 21-i "On ikinci gecə və ya hər nə istəsəniz", 22-də "Cəhənnəm sakinləri", 23-də "Sinif yoldaşları", 26-da "Manqurt". 28, 28, 29, 30 oktyabr tarixlərində isə yolunuzu Milli Dram Teatrından salsanız, Vətən müharibəsinə həsr olunmuş "Zəfər yolu" tamaşasını izləyə biləcəksiniz.

Repertuarında həm balacalar, həm də böyüklər üçün tamaşalar olan Gənc Tamaşaçılar Teatrı (GTT) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bir çox günlərdə iki seansda əsərlərlə tamaşaçılarının qarşısına çıxacaqlar.

GTT oktyabrın ilk günündə "Dörd əkizin nağılı" və "Ana" əsərləriylə sənətsevərləri qarşılayacaq. Oktyabrın 2-si "Dəcəl keçi", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", 8-i "Danışan gəlincik", "Xortdanın cəhənnəm məktubları", 9-u "Göyçək Fatma", "Tanrıya 14 məktub", 15-i "Qulliver cırtdanlar ölkəsində", 16-sı "Bremen musiqiçiləri" (rus dilində), "Hasarın o üzü", 22-si "Uzuncorab Pippi", "Qağayı", 23-ü "Tıq-tıq xanım", "Leyli və Məcnun", 28-i "Cəza" (monotamaşa), 29-u "Şən Elf və Cadugər", "Hekayəti -Xırs quldurbasan", 30-u "Qızıl balıq", "Müsyö Jordan və Dərviş Məstəli şah" əsərləri öz tamaşaçılarının yolunu gözləyəcək.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da oktyabr ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək. Sənət ocağının səhnəsində ilk iki gün "Ər və arvad", "Fransızsayağı qarnir" tamaşaları göstəriləcək. Oktyabrın 7-də "Psix", 8-i "Paris Notr-Dama ithaf", 9-u "Qırmızı papaq", "Bəxtiyar", 14-ü "Lara Martins Jazz club", 15-i "Meşə çaqqalsız olmaz", "999-cu gecə", 16-sı "Qoğal", "O olmasın, bu olsun", 21-i "Silva", 22-si "Dəcəl çəpişlər", "Məchul pilləkən", 23-ü "Qırmızı papaq", "Qızıl toy", 28-i "Baladadaşın toy hamamı", 29-u "Bremen musiqiçiləri və Pen", "Beş manatlıq gəlin", 30-u "Buratino" , "Kimdir müqəssir" tamaşaları oynanılacaq.

Müvəqqəti olaraq Qaraçuxur qəsəbəsi Q.Abbasov adına Mədəniyyət Sarayında məskunlaşan Bakı Uşaq və Gənclər Teatrı isə oktyabrın 1-ci günündə balaca tamaşaçılarını "Göyçək Fatma" vasitəsiylə salamlayacaq. Teatr oktyabrın 7-də "Ağıllı tülkü", 8-də "Əyriqulaq dovşan", 15-də "Pəltək cücə", 22-də "Qırmızıpapaq", 29-da isə "Qarınqulu ayı" tamaşaları ilə uşaqlarınıza sevinc bəxş edəcəyinə söz verir.

Balaca teatrsevərlərin oktyabr ayına növbəti ünvanı A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ola bilər. Teatrın bu aya olan repertuarı da həm Azərbaycan dilli, həm də rus dilli uşaqlar üçün nəzərdə tutulub və çox zəngindir. Oktyabrın 1-də "Cırtdan" və "Üç cəsur" tamaşaları ilə payızın ikinci ayını salamlayan Kuklaçılar növbəti günlərdə bu tamaşalarla balacaları sevindirəcəklər: "Qırmızı papaq" (2 oktyabr), "Qoğal" (2, 9, 21, 30 oktyabr), "Maşa və ayı" (7, 15, 28 oktyabr), "Qar kraliçası" (8 oktyabr), "Durna balığı" (8, 16, 23 oktyabr), "Ağca və yeddi cırtdan" (9, 30 oktyabr), "Əlibaba və qırx quldur (14 oktyabr), "Çipollino" (14, 22, 29 oktyabr), "Göyçək Fatma" (15 oktyabr), "Düyməcik" (16 oktyabr), "Tıq-tıq və Taq-taqın nağılı" (22 oktyabr), "Qızıl balıq" (23 oktyabr), "Piter Penn" (28 oktyabr), "Turp" (29 oktyabr). Qeyd edək ki, adı çəkilən tamaşalar göstərilən günlərdə müxtəlif seanslarda nümayiş olunacaq. Seansların saatlarıyla teatrın saytında və afişasında tanış ola bilərsiniz.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930