manera.az
manera.az

“Ana” mənzum dramı Şuşa Teatrının səhnəsində

📅 18.09.2022 11:47

“Ana” mənzum dramı Şuşa Teatrının səhnəsində
Sentyabrın 24-də yeni mövsümdə Şuşa Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Ana” mənzum dramı nümayiş olunacaq.

Teatrdan MANERA.AZ-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədovdur.

Qeyd edək ki, bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid “Ana” mənzum dramında Səlma ananın timsalında ümumbəşəri dəyərlərə malik bir qadın obrazı yaradıb. Ana evinə qəbul etdiyi qonağın, oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlülük və mətanət göstərir. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakteri baxımından yaddaşlarda dərin iz buraxır.


Baxış sayı - 366 | Yüklənmə tarixi: 18.09.2022 11:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930