manera.az
manera.az

Həkimlərin maaşı artırılacaq - RƏSMİ

📅 02.05.2022 17:54

Həkimlərin maaşı artırılacaq - RƏSMİ
Azərbaycanda tibb işçilərinin maaşları artırılacaq.

MANERA.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqları minimum 1000 manat olacaq.

17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək.

Artım 8 minə yaxın həkimə şamil olunacaq.

Həmin ixtisaslar üzrə siyahı aşağıdakı kimidir:

Həkim – allerqoloq
Həkim – psixiatr
Həkim – dermatoveneroloq
Həkim – oftalmoloq
Həkim – endokrinoloq
Müalicəvi bədən tərbiyəsi üzrə həkim
Həkim – fizioterapevt
Həkim – pulmonoloq
Həkim – infeksionist
Həkim – revmotoloq
Həkim – kardioloq
Həkim – terapevt
Həkim – narkoloq
Həkim – toksikoloq
Həkim – nevroloq
Həkim – travmatoloq – ortoped
Həkim – pediatr

O, bildirib ki, 14 ixtisas üzrə çalışan həkimlərin maaşında isə artım 20-90% arası dəyişəcək:

Həkim – nefroloq
Həkim – epidemioloq
Həkim – ftiziatr
Həkim – hematoloq
Həkim – neonatoloq
Həkim – diyetoloq
Həkim – genetik
Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis
Həkim – laborant
Psixoloq
Həkim – metodist
Loqoped
Həkim – mikrobioloq
Həkim – statistik.


Baxış sayı - 1 140 | Yüklənmə tarixi: 02.05.2022 17:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031