Süleymaniyyə kompleksi - Dövrünün çox önəmli təhsil mərkəzi kimi...

İstanbulun ən əhəmiyyətli Osmanlı abidələrindən biri olan Süleymaniyyə kompleksinin dövrünün mühüm təhsil mərkəzi olduğunu bilirsinizmi?
Qanuni Süleyman və Memar Sinanın dövrün güc simvolu ilə memarlıq dühasının birləşməsindən ibarət olan Süleymaniyyə kompleksi Osmanlı İmperiyasının ən böyük komplekslərindən biridir.
1550-ci ildə inşasına başlanan və 7 ildə tamamlanan Süleymaniyyə Kompleksi iqtisadi və mədəni funksiyaları ilə klassik dövrün simvolu sayılır. Kompleksin müxtəlif sahələrdə təhsil verən yeddi mədrəsəsi arasında şəfa verən Tibb mədrəsəsi də var idi. Tibb mədrəsəsinin sağındakı bina xəstəxana idi. Burada əczaxana və hamam da yerləşirdi. Bu xəstəxananın digər Osmanlı xəstəxanalarından ən əhəmiyyətli fərqi ruhi xəstəliklər şöbəsi idi. Bu bölmədə xəstələrə xüsusi dərmanlar və musiqilər verilirdi.
Süleymaniyyə kompleksində ən çox diqqət çəkən bina təbii ki, Süleymaniyyə məscididir. Bu tikinti Memar Sinanın digər əsərləri kimi sadə, lakin möhtəşəmdir. Məscidin həyətinin dörd küncündə yerləşən dörd minarə Qanuninin İstanbulun fəthindən sonra dördüncü sultan olduğunu, on eyvan isə onun Osmanlı İmperatorluğunun onuncu sultanı olduğunu simvollaşdırır.
Kompleksdə Qanuni Süleyman, Hürrəm Sultan və Memar Sinanın məzarları da var.