manera.az
manera.az

Təhsil naziri Türkiyədə səfərdədir

📅 16.03.2022 15:39

Təhsil naziri Türkiyədə səfərdədir
Martın 16-da təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri başlayıb.

Təhsil Nazirliyindən MANERA.AZ-a verilən məlumata görə, səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev Türkiyənin milli təhsil naziri Mahmut Özerlə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Təhsil naziri Türkiyədə səfərdədir
Tərəflər iki ölkənin ümumi təhsil müəssisələrinin şagirdlərinin qarşılıqlı olaraq səfərlərinin təşviqi haqqında əldə olunmuş razılıq əsasında cari ilin 15-22 mart tarixlərində Azərbaycandan olan 25 şagird və onları müşayiət edən müəllimlərdən ibarət heyətin Türkiyənin Çanakkala şəhərinə səfərindən dolayı məmnun olduqlarını vurğulayıblar.

Qeyd edilib ki, cari ilin may-iyun aylarında isə Türkiyənin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət heyətin Bakıya və işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulur.


Baxış sayı - 437 | Yüklənmə tarixi: 16.03.2022 15:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930