manera.az
manera.az

Regional təhsil idarələri yaradıldı

Regional təhsil idarələri yaradıldı
Rayon və şəhər təhsil şöbələrinin əsasında regional təhsil idarələri yaradılacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, regional təhsil idarələri aşağıdakı kimi təşkil olunacaq:

- Sumqayıt şəhər, Abşeron, Xızı rayon tahsil şöbələrinin əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsi: (İdarə Sumqayıt şəhərində yerləşməklə)

- Ağsu, İsmayıllı, Qobustan ve Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi (idarə Şamaxı rayonunda yerləşməklə):

- Gəncə şəhər Təhsil İdarasi, Naftalan şəhər, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (İdara Gəncə şəhərində yerləşməklə);

- Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi (İdarə Bərdə rayonunda yerləşməklə)

- Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax-Tovuz Regional Təhsil İdarəsi (idarə Şəmkir rayonunda yerləşməklə);

- Xaçmaz, Quba, Qusar, Siyəzen və Şabran rayon təhsil şöbələrinin əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi (idarə Quba rayonunda yerləşməklə);

- Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi (idarə Lənkəran şəhərində yerləşməklə).

- Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon tahsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi (idarə Yevlax şəhərində yerləşməklə);

- Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil-Muğan Regional Təhsil İdarəsi (idarə Sabirabad rayonunda yerləşməklə):

- Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki - Zaqatala Regional Təhsil İdarəsi (İdarə Şəki şəhərində yerləşməklə);

- Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi (İdarə müvəqqəti olaraq Bakı şəhərinda yerləşməklə)

- Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan-Salyan Regional Təhsil İdarəsi (İdarə Salyan rayonunda yerləşməklə).Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031