manera.az
manera.az

Nazir iki şöbəyə müdir və özünə müşavir təyin etdi

Nazir iki şöbəyə müdir və özünə müşavir təyin etdi
Mədəniyyət Nazirliyində yeni yaradılan Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinə və Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinə yeni müdirlər təyin edilib.

MANERA.AZ xəbər verir ki, bununla bağlı Mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrlərə əsasən, Ramil Abbəkirov Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin, Vüqar Məmmədov isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə gətirilib.

A.Kərimov digər əmrlə Fuad Məmmədovu özünə müşavir təyin edib.

Qeyd edək ki, hazırda mədəniyyət nazirinin iki müşaviri var. A.Kərimovun digər müşaviri Vüqar Şahinzadədir.

Xatırladaq ki, F.Məmmədovdan əvvəl bu vəzifəni hazırda nazirin birinci müavini olan Elnur Əliyev tuturdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31