manera.az
manera.az

Ukraynalı rəssam beynəlxalq sərgiyə Azərbaycana həsr etdiyi əsərlərilə qatılacaq

📅 18.08.2021 07:57

Ukraynalı rəssam beynəlxalq sərgiyə Azərbaycana həsr etdiyi əsərlərilə qatılacaq
Bu il oktyabrın 31-də İtaliyada Ümumdünya Təsviri İncəsənət Sərgisi keçiriləcək.

Manera.az xəbər verir ki, Florenasiyada baş tutacaq tədbirdə 78 ölkədən rəssamların əsərləri nümayiş olunacaq.

Ukraynalı tanınmış rəssam İrina Benderovskaya isə beynəlxalq sərgiyə “Azərbaycan xalçaları” adlı əsərləri ilə qatılacaq.

O, açıqlamasında bildirib ki, sərgi Avropa Parlamentinin, UNESKO-nun və İtaliya Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir: “Bu sərgidə “Azərbaycan xalçaları” adlı əl işlərimlə iştirak edəcəyəm. Bundan çox məmnunam. Bununla bağlı Azərbaycan xalçalarının müxtəlif naxışlı variantları üzərində əsərlər işləmişəm. Əsərlər Azərbaycanın mədəni və milli irsinin orijinal elementlərini özündə əks etdirir”.

İ.Benderovskaya hazırda Polşada yaşayır və indiyədək müxtəlif beynəlxalq sərgilərdə əsərləri ilə çıxış edib./report.az/


Baxış sayı - 459 | Yüklənmə tarixi: 18.08.2021 07:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930