manera.az
manera.az

Aşıq Ələsgər haqqında film çəkilir - FOTO

📅 09.07.2021 08:28

Aşıq Ələsgər haqqında film çəkilir - FOTO
Aşıq Ələsgər haqqında sənədli film çəkilir.

Manera.az-ın verdiyi xəbərə görə, ustad sənətkarın anadan olmasının 200 illiyi ilə əlaqədar çəkilən film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda lentə alınır.

Filmin xronometrajı 52 dəqiqədir. Əsas çəkilişlər təbiəti Aşıq Ələsgərin ana vətəni Göyçəyə bənzəyən Kəlbəcərdə aparılacaq. Eyni zamanda, Bakı, Gəncə, Göygöl, Daşkəsən, Goranboy, Tovuz, Şəmkir, Gədəbəy və Qazaxda, Türkiyə Cümhuriyyətinin Qars və İğdır vilayətlərində də çəkilişlər aparılacaq.

Filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Nizami Abbas, quruluşçu operatoru Üzeyir Abbas, montaj rejissoru Mübariz Nağıyevdir. İcraçı prodüser Azad Axundov, prodüser Nazim Hüseynovdur.

Aşıq Ələsgər haqqında film çəkilir - FOTO


Baxış sayı - 577 | Yüklənmə tarixi: 09.07.2021 08:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031