manera.az
manera.az

Müasir cəmiyyətimizdə ədəbiyyatın rolu

📅 05.05.2021 11:58

Müasir cəmiyyətimizdə ədəbiyyatın rolu
Ədəbiyyat təhsilimizin önəmli hissəsini təşkil edir. Lakin Sofi Austin ədəbiyyatın gündəlik həyatımıza da necə daxil olduğunu da öyrənmək istəyir.

Hələ kiçik yaşlarımdan hekayələr həyatımın bir parçası olub. Yatmazdan əvvəl "Dovşan Piterin nağılları” və "Ac Tırtıl” kimi nağıl kitabları oxumaq – mütaliə etmək mənim gündəlik adətimə çevrildi.

Mən başqa bir dünyaya onun vasitəsilə keçid edirəm. Ən azından, çox da bir şey dəyişməyib. Əksər gecələr mən reallıqdan qaçmaq üçün kitab oxumağı sevirəm.

Lakin ədəbiyyat daha böyük məhfumdur. Ədəbiyyat zamanın çərçivəsinə sığmayaraq dərs proqramımızın önəmli hissəsini təşkil etməklə hələ də bizimlədir. Bəs ədəbiyyatın müasir cəmiyyətimizdəki anlamı nədən ibarətdir?

Təhsildə ədəbiyyat

Dünyadakı əksər insanların fikrinə görə, bizim ədəbiyyatla ilk tanışlığımız məktəbdən başlayır. Yazmağı və oxumağı hələ erkən yaşlarımızdan bizə öyrədiblər. Və bu da yoxlamalarla başlayırdı.
Özünü səhifələrdəki obrazların yerinə qoya bilmə qabiliyyəti önəmli və tələbənin perspektivi baxımından zəruri bir bacarıqdır. Bundan başqa, əsərdəki mövzuları və vurğulanan ideyanı anlamaq da fərqli düşüncə tərzinə sahib olmağımıza yol açır. Ədəbiyyat bir qaba – bir kasaya çevrilir. Dünyada çap edilmiş 130 milyon kitab oxucular üçün bələdçidir və oxucuların yeni şeylər öyrənməsi üçün körpü rolunu oynayır.

Tarixdə ədəbiyyat

Ədəbiyyat təkcə keçmişə açılan qapı deyil, o, həmçinin, indiki və gələcək zaman haqqında sizi düşünməyə vadar edən bir şeydir. Müəyyən vaxt periodlarında yaşamış fərqli insanların daxilində inkişaf edən mədəniyyətimizin müxtəlif mərhələləri yatır. Əvvəllər hər bir fərd öz dövrünün məhsulu idi. Biz də fərd olaraq hər gün inkişaf edirik və ədəbiyyatın bizə verdiyi zaman qeydləri olmasaydı biz keçmiş haqda heç nə bilməzdik.

Ədəbiyyat bizə keçmişə qayıdıb bizdən əvvəl Yer kürəsində yaşayanlardan həyatı öyrənməyə imkan yaradır. Biz mədəniyyəti daha yaxşı anlaya və daha yaxşı dəyərləndirə bilərik. Biz tarixi əlyazma və yaxud elə şifahi şəklində bizə gəlib çatmış məlumatlardan öyrənirik.

Qədim Misir dövrünün tarixinə dair məlumatları heroqliflər və rəsmlər vasitəsilə toplaya bilirik. Misirlilərin qoyduğu simvollar hal-hazırda onların mədəniyyətini anlamaqdan ötrü istifadə olunur. Bunlar əvvəlindən yazıda dəqiqliyə meyilliliindən asanlıqa tapılan yunan və romalıların mədəniyyətindən fərqlənirlər.

Bu, sözün gücüdür. Onların əbədi yaşamaqla məna oyatmaq, milləti inkişaf etdirmək və hərəkət yaratmaq qüvvəsi var. Onlar şifahi nitqdən də çox yaşayacaqlar.

Ədəbiyyatın təsiri

Müasir cəmiyyətimizdə ədəbiyyatın mövqeyi danılmazdır. Ədəbiyyat hər bir müəllif üçün fikirlərini ifadə etmə vasitəsi rolunu oynayır.
Frensis Skott Fitscerald (ABŞ yazıçısı – 1896-1940) kimi müəlliflər də buna başlıca nümunədir. Onun məhz "Böyük Getsbi” əsəri Amerikanın 1920-ci illərdəki vəziyyəti ilə bağlı təcrübələrini və düşüncələrini əks etdirirdi.

Biz əsər vasitəsilə çox asanlıqla müəlliflərin psixikasına bələd ola bilirik. Buna baxmayaraq, ədəbiyyat həm də insan münaqişələri kimi müasir problemlərin öyrənilməsinin vacib olduğunu təsdiqləyir.

"The Gulf News” qəzetində bir məqalədə yazılmışdı: "Televiziya və filmlərin mövcud olduğu "müasir media əsrində” insanlar hər bir problem və məsələni çox rahat və sürətli həll edə biləcəklərini düşünürlər. Lakin ədəbiyyat qarşıdurmaların mürəkkəbliyini təsdiq edir.”

Ədəbiyyat bəşəriyyəti əks etdirməklə yanaşı, həmçinin bir-birimizi başa düşməyimizə yardımçı olan bir vasitədir. Başqa bir insanın səsini dinləyərək həmin şəxsin necə düşündüyünü anlaya bilərik. Mən hesab edirəm ki, ədəbiyyat cəmiyyətdə olan məqsədinə görə olduqca vacibdir. Və insanların bir-birindən münasibətdə getdikcə soyuduğu bir cəmiyyətdə hekayələr sanki bir söhbət, bir dialoq yaradır.

İngilis dilindən tərcümə edən: İlknur Yusifova

Mənbə:https://www.findcourses.co.uk/inspiration/hobby-fun-leisure-articles/the-importance-of-literature-in-modern-society-17411


Baxış sayı - 995 | Yüklənmə tarixi: 05.05.2021 11:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031