manera.az
manera.az

Gənclər və İdman naziri vəfat edib

📅 01.05.2021 09:23

Gənclər və İdman naziri vəfat edib
Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov 57 yaşında vəfat edib.

Manera.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib.

Qeyd edək ki, Azad Rəhimov 4 aydır ABŞ-dakı klinikaların birincə ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu..

Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli sərəncamı ilə Gənclər və İdman naziri vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidentinin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin...


Baxış sayı - 571 | Yüklənmə tarixi: 01.05.2021 09:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031