manera.az
manera.az

Ovucda öpüş - Uşaq hekayəsi

Ovucda öpüş - Uşaq hekayəsi
Odri Pen

Balaca yenot meşənin qırağında ağlayırdı.

– Məktəbə getmək istəmirəm – o, anasına deyirdi, – Mən evdə səninlə qalmaq istəyirəm. Dostlarımla, öz oyuncaqlarımla oynamaq, kitablarımı oxumaq, yelləncəyimdə yellənmək istəyirəm. Olar mən evdə səninlə qalım?

Ana yenot Çesterin əlindən tutdu və burnu ilə onun qulağını qıdıqladı.

– Bəzən hamımız istəmədiyimiz şeyləri etməyə məcbur oluruq – o, mehribanlıqla dedi, – Hətta əvvəlcə bizə qəribə və qorxulu görünən şeyləri də.

Əgər məktəbə getsən, oranı çox sevəcəksən. Yeni dostların olacaq və yeni oyuncaqlarla oynayacaqsan. Yeni kitablar oxuyacaqsan. Təzə yelləncəklərdə yellənəcəksən. Həm də – o dedi, – mən elə bir sirr bilirəm ki, o sənin məktəbdəki gecələrini evdəki gündüzlərin kimi isti və rahat edəcək.

Çester gözünün yaşını sildi və maraqla anasına baxdı.

– Sirr? Hansı sirr?

– Çox qədim bir sirr - ana yenot cavab verdi, – bu sirri mən anamdan öyrənmişəm, o da öz anasından. Bu sirr “Ovucda öpüş” adlanır.

– “Ovucda öpüş” ? – Çester soruşdu, – Bu necə olur?

– Bax indi göstərəcəyəm.

Ana Çesterin sol əlini götürdü və onun balaca barmaqlarını yelpik kimi açdı. Əyilib Çesterin düz ovcunun ortasından öpdü. Çesterə elə gəldi ki, anasının öpüşü ilıq dalğa kimi ovcundan biləyinə, oradan da düz üzəyinə kimi yayıldı. Hətta onun qara ipək kimi yumşaq üzü qımışdı.

Ana yenot gülümsündü və dedi:

– Nə vaxt özünü tənha hiss etsən və sevgiyə ehtiyacın olsa, sadəcə ovcunu yanağına qoy və öz-özünə düşün. “Anam məni sevir, Anam məni sevir.

Anam məni sevir”. Mənim öpüşüm uçub sənin yanağına qonacaq və səni xoş düşüncələrə qərq edəcək.

Ana öpüşü gizlədirmiş kimi Çesterin barmaqlarını bükdü.

– Bax itirmə ha – ana gülümsündü, – Amma narahat olma. Əllərini açıb yeməyini yuyanda öpüş itməyəcək, söz verirəm.

Çester heyrətdən donub qalmışdı. İndi o bilirdi ki, ovcundakı öpüşlə hara getsə, anasının sevgisi də onunla birlikdə olacaq. Hətta məktəbdə də.

Həmin gecə məktəbin qarşısında fikirli-fikirli dayandı. Birdən anasına tərəf döndü və gülümsündü.

– Əlini uzat – o dedi.

Yenot balası anasının əlini özəlinin içinə qoydu. Onun böyük və doğma barmaqlarını yelpik kimi açdı. Sonra əyilib, onun ovcundan öpdü.

– İndi sənin də ovcunda öpüş var – o, anasına dedi. Sonra da nəzakətlə “Sağ ol!”, “Səni sevirəm” deyərək, döndü və oynaqlaya-oynaqlaya çıxıb getdi.

Ana balaca yenotun arxasınca baxırdı. Çester böyük ağaca tərəf götürüldü, budağa dırmaşdı, məktəbə daxil oldu. Bayquş ilk məktəb fitini verəndə isə ana sol pəncəsini yanağına qoydu və gülümsündü. Ovcundakı öpüşdən qəlbi isindi və oxumağa başladı: “Çester məni sevir. Çester məni sevir.
Çester məni sevir”.

İngiliscədən tərcümə edən: Günel RəcəbБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31