manera.az
manera.az

Yeni orfoqrafiya lüğəti çap edilib

📅 17.04.2021 10:09

Yeni orfoqrafiya lüğəti çap edilib
Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" çap olunub.

Manera.az xəbər verir ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin yenidən işlənmiş 7-ci nəşrinə əvvəlki nəşrdə olmayan 5 mindən çox söz daxil edilib.

Yeni lüğətdə həmçinin son illərdə danışıq dilinə daxil olan, habelə ən çox işlədilən sözlərin yazılış qaydası da yer alıb.

Həmin sözlərin yazılış qaydasını təqdim edirik:

Videobloger, vatsap, veb-brauzer, veb-dizayner, vebermetr, veb-xidmət, vebinar, veb-redaktor, veb-server, veb-sayt, veb-ünvan, veb-redaktor, fotoşop, fotoqəzetçi, fotomüxbirlik, fotorobot, fotoşəkil, fotomontajçı, fotoqram, fotojurnalist, fotoköşk, feysbuk, feyk (saxta) faks-server, distribütor, displey, mail, brifinq, bayraqdar.

Qeyd edək ki, sonuncu orfoqrafiya lüğəti isə 2013-cü ildə çap edilmişdi. "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır.


Baxış sayı - 924 | Yüklənmə tarixi: 17.04.2021 10:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031