manera.az
manera.az

Azərbaycan poeziyası Çili ədəbiyyat jurnalında

📅 10.04.2021 08:52

Azərbaycan poeziyası Çili ədəbiyyat jurnalında
Çilinin nüfuzlu “Aerea” Revista Hispanoamericana de Poesía” jurnalı görkəmli Azərbaycan şairləri Səməd Vurğunun “Şair nə tez qocaldın sən?”, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, Məmməd Arazın “Əlvida dağlar” şeirlərinə və yaradıcılıqları haqqında məlumatlara geniş yer ayırıb.

Manera.az xəbər verir ki, Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində baş tutub.

2001-ci ildən nəşr edilən jurnal İspaniya və Kolumbiyada da geniş oxucu auditoriyası qazanmaqla yanaşı, ABŞ-ın və digər ölkələrin universitetlərində də tədris olunur.

Şairlərimizin şeirlərinin həm Azərbaycan, həm də ispan dilində işıq üzü gördüyü jurnal mütəmadi olaraq Monika Velaskes Qusman, Karlos Aquasakon, Leonel Alvarado, Luis Benites və Viktor Koral kimi dünyaca məşhur şairlərin əsərlərinə yer ayırır.

Jurnalın baş redaktoru tanınmış Argentina şairi Daniel Kalabresedir.


Baxış sayı - 524 | Yüklənmə tarixi: 10.04.2021 08:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031