manera.az
manera.az

ŞƏKİLüstü SÖZ

📅 12.02.2021 01:00

ŞƏKİLüstü SÖZ
Bu gün onun günüdür – ŞAMİL XURŞUD FƏRZƏLİYEVin doğum günü!

51 illik qısa ömür yaşadı, amma ölmədi – yaxşı və xeyirxah əməlləri, silinməz izləri, unudulmaz xatirələri, duzlu-şirin hekayələri, povestləri, romanları, pyesləri, felyetonları, söhbətləri...yaşadı və əminəm ki, bundan sonra da yaşayacaq!

Nəvələrindən heç biri onu həyatda görə bilmədi; onlar az qala hər gün onun haqqında xoş sözlər eşidir, xeyirxah əməllərindən yazan vicdanlı qələmdaşları və dostlarının xatirələrini oxuyur, tanınmış ictimai xadim, yazıçı, jurnalist və ağır başlı söz adamı olan babaları ilə hər yerdə qürur duyduqlarını söyləyirlər.

Şamil Xurşud Fərzəliyevin valideynləri 1918-ci ildə erməni-rus məkrli planı nəticəsində öz dədə-baba yurdlarından - Qərbi Azərbaycanın Qarakilsə rayonunun (1940-cı ilin martında adı dəyişdirilərək Sisian qoyulub) Ağudi kəndindən məcburi köçkün kimi Ucar rayonuna gəliblər.

Bu gün müzəffər Azərbaycan Ordusu onların da intiqamını alır, yaxın gələcəkdə də alacaq; və əminəm ki, Baş Komutanın dediyi kimi olacaq - onları qədim torpaqlarımızdan da “iti qovan kimi” qovacağıq!

Qoy sənin də ruhun şad olsun, əziz İnsan! Doğum günün və ZƏFƏRin mübarək!

Bakı, 18 fevral 2021-ci il

ŞƏKİLüstü SÖZ
ŞƏKİLüstü SÖZ
ŞƏKİLüstü SÖZ


Baxış sayı - 590 | Yüklənmə tarixi: 12.02.2021 01:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031