manera.az
manera.az

Gənc alimin monoqrafiyasının təqdimatı keçirilib

Gənc alimin monoqrafiyasının təqdimatı keçirilib
AMEA Naxçıvan Bölməsində gənc alim Nərgiz İsmayılovanın “Naxçıvan ədəbi mühiti Şərq – Qərb kontekstində” adlı monoqrafiyasının təqdimat mərasimi olub.

Manera.az xəbər verir ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, gənc tədqiqatçı alimin bu əsəri Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyillərinin tədqiqinə həsr olunmuş ilk sistemli elmi tədqiqat işidir. Qədim dövrdən başlanan və XIX-XX əsrlərdə daha da inkişaf edən Naxçıvan ədəbi mühitində Şərq-Qərb ənənələri geniş şəkildə tədqiq edilərək yeni nəşrdə ümumiləşdirilib. Müəllif Naxçıvan ədəbi mühitinin klassik dövründə Şərq ədəbiyyatı ənənələrinin inkişaf etdiyini, XIX əsrdən etibarən isə Qərb ədəbiyyatı meyillərinin genişlənməyə başladığını nəzəri cəhətdən izah edib. Bu zəmində ədəbiyyata gələn yeni ideyalar və janrları diqqət mərkəzinə çəkilib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun, institutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin, institutun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin monoqrafiya haqqında fikirləri dinlənilib.

Vurğulanıb ki, müəllif kitabda Naxçıvan ədəbi mühitinin yazıçı və şairlərinin bədii əsərlərindən nümunələr də gətirib ki, bu da Naxçıvan əbədi mühitinin real mənzərəsinin canlandırılmasına imkan yaradır.

Müəllif Nərgiz İsmayılova gənc alimlərə göstərilən diqqət va qayğıya görə minnətdarlığını bildirib. /nuhcixan.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031