manera.az
manera.az

Varlanmaq istəyənlər üçün 10 kitab

Varlanmaq istəyənlər üçün 10 kitab
Dünyanın bir çox şəhərlərində hazırda koronavirus pandemiyası ilə əlaqədar karantin tətbiq olunur, əməkdaşlar məsafəli iş rejiminə keçirilir, insanlarda əlavə boş vaxt yaranır ki, bunu da fayda ilə, məsələn, kitab oxumaqla keçirmək olar.

Manera.az "Personal Finance Insider”in mütəxəssislərinin şəxsi maliyyə üzrə hazırladığı ən yaxşı kitabların siyahısını təqdim edir:

"Zənginliyə doğru asan yol”, C.L.Kollinz

Bu kitab maliyyə müstəqilliyinə nail olmağa imkan verən praktiki vəsaitdir. Kollinz kitabında qənaətvə maliyyə sahəsində uğur əldə etmək üçün kifayət qədər sadə yollar təklif edir.

"Mən sizə necə varlanmağı öyrədəcəyəm”, Ramit Sethi

Kitab oxuculara şəxsi maliyyəni altı həftə ərzində sahmana salmağa kömək edən əsl master-klasdır. O, ilk növbədə 20-35 yaş arasında olan şəxslər üçün nəzərdə tutulub.

"Düşün və varlan”, Napoleon Hill

Kitab ilk dəfə 1937-ci ildə nəşr olunsa da, indiyədək aktuallığını saxlayır. Əsər həyatın, demək olar, bütün sahələrində uğur qazanmağa kömək edir.

"Müflis olmuş millenial” (Broke Millennial), Erin Louri

Erin Louri kitabında pulu müxtəlif məqsədlər üçün necə yığmaqdan yazır. Əsərin əsas ideyası ondan ibarətdir ki, hər məqsəd üçün ayrıca hesab açmaq və ora pul qoymaq lazımdır.

"Anan və atandan daha erkən pensiyaya çıx” (Retire Before Mom and Dad), Rob Berqer

Rob Berqer şəxsi maliyyə məsələləri üzrə məsləhətçidir. O, öz kitabında əsas gəlir mənbəyi əmək haqqı olan adi insanların maliyyə müstəqilliyini necə əldə edə biləcəyi barədə danışır.

"Avtomatik milyoner”, Devid Bax

Devid Baxın bu kitabı maliyyə təhlükəsizliyi üçün real vəsaitdir. Bax avtomatik qənaət etməyin zəruriliyi barədə ətraflı məlumat verərək bildirir ki, bu halda insanlar özlərini bir növ təhlükəsizlik balışı ilə təmin etmiş olurlar.

"Qadın səndən çox qazananda”, Farnuş Torabi

İran əsilli amerikalı jurnalist Farnuş Torabi artıq bir neçə ildir ki, maliyyə savadlılığı haqqında kitablar yazır, oxuculara sərmayə qoyuluşu və şəxsi maliyyənin idarə olunması məsələlərini araşdırmağa kömək edir.

"Qadın və Pul” (Woman&Money) Syuzi Orman

Syuzi Orman karyerasına başlayan gənclər üçün məsləhətlər vermək üzrə ixtisaslaşmış maliyyə konsultantıdır. Orman şəxsi maliyyəyə həsr olunmuş bir neçə kitabın müəllifidir.

"Maliyyə pəhrizi”, Çelsi Faqan və Louren Ver Heyc

Bu kitab maliyyəni düzgün bölməkdən, eləcə də qənaət etməyə və bu zaman həyat keyfiyyətini pisləşdirməməyə imkan verən "maliyyə pəhrizinə” necə oturmaqdan danışır.

"Pul kisəsi, yoxsa həyat”, Viki Robin

Viki Robin kitabında oxucuya maliyyə müstəqilliyini necə əldə etməyi öyrədir. Bundan əlavə, o, kisənizdə nə qədər pul olmağından asılı olmayaraq maddi cəhətdən yaxşı həyat sürmək barədə danışır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930