manera.az
manera.az

Qısa hekayə yazmaq sənəti – Roberto Bolanyo

Qısa hekayə yazmaq sənəti – Roberto Bolanyo
Artıq qırx dörd yaşımda olduğuma görə qısa hekayələr yazmaq haqqında tövsiyyələr verə bilərəm.

1) Əsla bir cəhddə qısa hekayə yazmağa həvəslənməyin. Əgər tək bir cəhdlə qısa hekayə yazmaq istəsəniz, səmimi desək, ömrünüzün axırına qədər o hekayəni yazacaqsınız.

2) Ən yaxşısı bir oturuşa dörd-beş qısa hekayə yazmaqdı. Hətta bacarsanız, doqquz-on dənəsini yazın.

3) Diqqət! Bir oturuşa iki qısa hekayə yazmaq həvəsi bir cəhddə bir qısa hekayə yazmaq qədər təhlükəlidir. Bu ovsunlayıcı istək aşiq və onu iki nəfər kimi göstərib melanxoliya yaşadan güzgüsünə bənzəyir.

4) Horasio Quiroga, Felisberto Hernandes və Xorxe Luis Borxes oxuyun. Xuan Rulfo və Aqusto Monterroso oxumalısınız. Bu yazıçılara heyran qalanlar heç vaxt Kamilo Xose Sela və ya Fransisko Umbral oxumayacaq. Əksinə, Xulio Kortazar, ya da Adolfo Bioy Kasares oxuyacaq, ancaq heç vaxt Xose Sela, ya da Umbral oxumayacaq.

5) İstəyirəm bunu bir daha təkrar edim: əsla və əsla Sela və Umbralı oxumayın.

6) Qısa hekayə yazarı gözü qara olmalıdır.

7) Qısa hekayə yazanlar Petrus Boreli oxumaqla təkəbbürlənirlər. Əslində, bir çoxu məhz Boreli təqlid etdiyinə görə dillərə düşüb. Dəhşətli bir yanlışlıqdır! Onun yazarlığı yerinə geyim tərzini təkrarlasalar, daha yaxşı olar. Borel haqqında çox az şey bilirlər. Teofil Quter haqqında da. Elə Cerard de Nerval haqqında da həmçinin.

8) Gəlin bir şərt kəsək: Petrus Boreli oxuyun, Petrus Borel kimi geyinin və bunlarla yanaşı, Renard və Marsel Şvob oxuyun. Şvobu hökmən oxumalısınız. Ardınca Alfonso Reyesi mütaliə edin, daha sonra Borxesə keçin.

9) Həqiqətən, Edqar Alan Po qədər sizə kömək edən heç kim olmayacaq.

10) 9-cunu bir daha yaxşı-yaxşı düşünün. Hətta daha yaxşı düşünmək üçün dizlərinizin üstünə çökün, çömbəlib düşünün.

11) Bir neçə yazıçını və kitabı da tövsiyyə edə bilərəm. Məsələn, "Ucalıq haqqında”. Lord Brooke tərəfindən yazılan bəxtsiz Filip Sidneyin sonetləri, Edqar Li Mastersin "Spoon çayı antologiyası”, Enrike Vila-Matasın "İbrət götürüləcək intiharlar”ı və Xavier Mariasın "Qatınlar yatarkən” kitabı.

12) Bu kitabları oxuyun və mütləq Çexovla Raymond Xarveri mütaliə edin. Çünki bu iki yazıçı 20-ci əsrin ən böyük yazıçılarıdır../artkaspi.az/

Tərcümə edən: Rəvan CavidБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031