manera.az
manera.az

İmtahan həyəcanını necə yox edək? - Psixoloqdan məsləhəti

İmtahan həyəcanını necə  yox edək? - Psixoloqdan məsləhəti
İmtahan həyəcanı abituriyentlərin və tələbələrin ortaq problemidir. Olduqca stressli vəziyyət insanların fərdi xüsusiyyətinə görə dəyişir. Həyəcan çoxaldıqca stressin səviyyəsi yüksəlir. Bu da orqanizmə və insan psixologiyasına təsirsiz ötüşmür.

İmtahan həyəcanından xilas olmağın yollar barədə psixoloq Aida Nəbiyeva Medicina.az-a açıqlama verib.

Həkim bildirib ki, abituriyentlərdə yaş etibarilə vəziyyət daha da həssasdır: "İmtahandan əvvəl həyəcan səviyyəsi çoxalır. Ona görə də imtahan stresi yüksək olur. İmtahan stresi faktorunun yüksəlməyinin səbəblərdən biri də uşaqların imtahan anlayışı ilə ilk dəfə tanış olmalarıdır. Təssüf ki, pedoqoji baxımdan yalnışlıq məhz bu olur”.

A.Nəbiyevanın sözlərinə görə, imtahan bəzi tələbələr üçün "uşaq oyuncağı” olsa da, bəziləri üçün böyük problemə çevrilir: "Uşaqlara imtahan həyəcanını çox güclü şəkildə çatdırırıq. Bu da onların çiyinlərinə yüklənir. Bu da təbii ki, onların zərif çiyinləri üçün çox ağır bir yük olur. Valideynlər düşünür ki, nə qədər məsuliyyəti artırsam, bir o qədər yaxşı olar. Amma bir şeyi unutmamaq lazımdır ki, əgər valideyn övladında imtahana qarşı nə qədər adi, normal hisslər yaratsa, o, maksimum öz bacarığını göstərər. İmtahan zamanı təbii ki, stress səviyyəsi yüksəldikcə bilik səviyyəsi aşağı düşür, gərginlik artır. Bu da təbii ki, imtahan nəticələrinə təsir edir”.

Psixoloqun fikrincə, uğur qazanmaq insanların ən təbii istədiyidir, lakin bəzən insan "bacarmaram” qorxusuna məğlub olur: "Araşdırmalar onu göstərir ki, həddindən çox həyəcan hətta ürək ritminin pozulması və ölüm kimi daha ağır fəsadlarla nəticələnə bilər”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031