manera.az
manera.az

Afaq Məsudun kitabı Misirdə nəşr olunub

📅 23.01.2019 16:57

Afaq Məsudun kitabı Misirdə nəşr olunub
Yazıçı Afaq Məsudun “Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr olunub.

Manera.az xəbər verir ki, Misirin nüfuzlu Milli Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Sərçələr”, “Qəza” , “Can üstə” , “Dovşanın ölümü” kimi hekayələri daxil edilib.

Əsərləri ərəb dilinə Azərbaycanşünas alim Dr. Əhməd Sami El-Aydi çevirib.

Ərəb oxucularına ilk dəfə təqdim olunan kitab barədə Misirin məşhur “Əl-Ahram”, “Elwatannews” qəzetləri, “Almasryalyoum.com”, “gate.ahram.org.eg” ədəbiyyat portallarında eləcə də Mərakeşin məşhur “AssiaPress” portalında geniş yazılar verilib.


Baxış sayı - 921 | Yüklənmə tarixi: 23.01.2019 16:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930