manera.az
manera.az

Tofiq Hacıyevin “Seçilmiş əsərləri”nin üçüncü cildi nəşr olunub

📅 02.12.2018 21:34

Tofiq Hacıyevin “Seçilmiş əsərləri”nin üçüncü cildi nəşr olunub
AMEA tərəfindən görkəmli dilçi alim, akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri”nin növbəti 3-cü cildi nəşr olunub.

Nəşr alimin gənc yaşlarında yazdığı və ilk irihəcmli araşdırması olan “Azərbaycan dilinin Cəbrayıl şivəsi” əsərindən ibarətdir.

Kitabın redaktoru Bakı Dövlət Universitetinin professoru Məhərrəm Məmmədli, “Ön söz”ün müəllifi isə akademik Nizami Cəfərovdur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsər nəfis tərtibatda “Cəbrayıl şivəsi” adı ilə müstəqil kitab şəklində də nəşr olunub.

MANERA.AZ


Baxış sayı - 986 | Yüklənmə tarixi: 02.12.2018 21:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930