manera.az
manera.az

Tərcümə Mərkəzindən yeni nəşr

📅 07.05.2018 17:27

Tərcümə Mərkəzindən yeni nəşr
Azərbaycan Tərcümə Mərkəzindən yeni nəşr – çağdaş Ukrayna ədəbiyyatının tanınmış siması Vladimir Danilenkonun “Qürub çağının işığında” kitabı çap olunub.

MANERA.AZ xəbər verir ki, əsərlərindəki lakoniklik, özünəməxsus satira və ironiya tərzi Danilenkonu Ukrayna ədəbi mühitinin ən çox oxunan müəlliflərindən birinə çevirib.

Yazıçının “Tarnovskilər malikanəsindəki kölgələr” və “Mənim qarayanız, qıvrımsaç günəşim” romanları, eləcə də “Qulaqlar”, “Kiyevli oğlan”, “Qürub çağının işığında”, “Göbələk çığırtısı”, “Turovestdə futbol”, “Zanbaqlar arasındakı iz”, “Dovşan” hekayələri daxil edilmiş kitabı dilimizə tanınmış Azərbaycan yazıçısı, tərcüməçi Etimad Başkeçid tərcümə edib.


Baxış sayı - 1 283 | Yüklənmə tarixi: 07.05.2018 17:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930