manera.az
manera.az

Muğam Mərkəzində "Dastan gecələri”

📅 06.04.2018 20:16

Muğam Mərkəzində "Dastan gecələri”
Aprelin 18-dən etibarən Beynəlxalq Muğam Mərkəzi "Dastan gecələri” adlı yeni layihəni reallaşdıracaq.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq layihə şifahi xalq ədəbiyyatını ən önəmli nümunələrindən olan aşıq yaradıcılığı və şifahi poeziya nümunələrini özündə birləşdirir.

Layihə çərçivəsində müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında Azərbaycan dastanlarından bəzi örnəklər sənətsevərlərə təqdim olunacaq. Dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir.

Aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik unikal hadisəsidir. Bu sənət tarixi inkişafında müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.


Baxış sayı - 2 139 | Yüklənmə tarixi: 06.04.2018 20:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031