manera.az
manera.az

İnsan kimdir? - Adamın müsbətə doğru dəyişməsi|MANERA.AZ

📅 27.02.2017 22:22

İnsan kimdir? - Adamın müsbətə doğru dəyişməsi|MANERA.AZ


“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara yazıçı Varis cavab verir.

-Niyə varsan?

- Dünyanı sahmanı pozulmuş sayıb nəsə bir nizam yaratmaqçün gəlmişəm.

-Niyə yox olacaqsan?

- Çünki bu nizamı yarada bilməmək müqəssirliyi qazanacağam.

-Niyə yazırsan?

- Kağızın və qələmin qoxusu ilə ürəyimin və beynimin qoxusu üst-üstə düşür, onunçün.

- Yaşamaq nədir?

- Yaşamaq - milyondan bir şansı gətirən olaraq öncə embriona, sonra da insana çevrilmək, işıqlı dünyaya gəlmək xoşbəxtliyini gerçəkləşdirməkdir.

- Ölüm nədir?

- Ölüm dünyaya gələ bilməyən milyonlarla şansı gətirməyənlərin sənə ünvanlanan qarğışıdır.

- Ədalət nədir?

- Rəngsiz, qoxusuz, ölçüsüz, gözəgörünməzdir ilk baxışda. Əslində isə tamamən mövcud deyil.

- Azadlıq nədir?

- Çərçivədən, şablondan çıxa bilmək, cismin və ruhun sərhədini aşıb keçə bilməkdir azadlıq. Quşun qəfəs, balığın akvarium, insanın cəmiyyət buxovlarından xilas ola bilməsidir.

- Yaradıcılıq nədir?

- Çəkməçinin çəkmə yamaması, papaqçının papaq tikməsi, bənnanın hörgü hörməsi, sürücünün sükan arxasında oturması kimi bir zərurətdir yaradıcı insan üçün yaradıcılıq. Amma digər peşələrdəki təkrarçılıqdan, monotonluqdan imtinadır, yenini, fərqlini yaratmaq qabiliyyətidir həm də.

- İnsan kimdir?

- Adamın müsbətlərə doğru şəkildəyişməsidir.

Tural İsmayılov,
MANERA.AZ


Baxış sayı - 1 653 | Yüklənmə tarixi: 27.02.2017 22:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031