manera.az
manera.az

Buker mükafatının uzun siyahısı açıqlandı

📅 27.07.2022 11:15

Buker mükafatının uzun siyahısı açıqlandı
2022-ci il Buker mükafatının uzun siyahısı bir neçə cəhətinə əlamətdar olub. Beş münsif 169 kitabın içindən uzun siyahı üçün 13 kitab seçib.

MANERA.AZ xəbər verir ki, uzun siyahıya düşən üç kitab debüt romandır: Selbi Vin Şvarts – “Safodan sonra”, Leyla Motli – “Gecə gəzintisi”, Meddi Mortimer – “Möhtəşəm bədənlərimizin xəritələri”

Leyli Matli siyahıdakı ən gənc müəllifdir (20 yaş), Alan Qarner isə ən yaşlısıdır (87 yaş).

Kler Kiqanın “Bunlar kimi balaca şeylər” romanı siyahıdakı ən kiçik həcmli kitabdır (116 səhifə).

Xatırladaq ki, mükafatın qısa siyahısı sentyabrın 6-da, qalibi isə oktyabrın 17-də açıqlanacaq.

Siyahı belədir:

Odri Megi. Koloniya

Selbi Vin Şvarts. Safodan sonra

NoViolet Bulavayo. Şöhrət

Kler Kiqan. Bunlar kimi balaca şeylər

Leyla Matli. Gecə gəzintisi

Medi Mortimer. Möhtəşəm bədənlərimizin xəritələri

Qrem Makri Börnet. Hadisə təhlili

Alan Qarner. Trikl Volker

Persival Everet. Ağaclar

Hernan Diaz. Etibar

Şehan Karuntilaka. Maali Almeydanın yeddi ayı

Elizabet Strut. Ah, Vilyam!

Karen Coy Fovler. Çardaq


Baxış sayı - 471 | Yüklənmə tarixi: 27.07.2022 11:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031