manera.az
manera.az

94-cü “Oskar”ın qalibləri

📅 31.03.2022 17:47

94-cü “Oskar”ın qalibləri
Amerika Kino Sənəti Akademiyası 94-cü “Oskar” mükafatının qaliblərini elan edib.

MANERA.AZ xəbər verir ki, “Oskar”ın əsas nominasiya (“Ən yaxşı film”) üzrə mükafatını amerikalı rejissor və ssenarist Şan Hederin (Sian Heder) “CODA: Kar valideynlərin övladı” filmi qazanıb.

94-cü “Oskar”ın əsas favoriti sayılan Yeni zelandiyalı Ceyn Kempion isə “Köpəyin hökmranlığı” (“The Power of the Dog”) filminə görə “Ən yaxşı rejissor” mükafatını qazanıb.

Cessika Çesteyn rejissor Maykl Şouolterin çəkdiyi “Temmi Feyin gözləri” (2021) filmindəki baş rola görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” heykəlciyini qazanıb. O, filmdə ötən əsrin 70-80-ci illərində xristian teleşousunda çıxış etmiş evangelist Temmi Fey Bekeri canlandırıb.

“Ən yaxşı kişi aktyor” nominasiyası üzrə “Oskar” mükafatı isə “Kral Riçard” filmindəki (rejissor Markus Qrin) roluna görə ABŞ aktyoru və musiqiçisi Vill Smitə verilib.

Amerikalı rejissor Deni Vilnevin “Düna” (“Dune: Part One”) fantastik filmi əsas nominasiyalarda qalib olmasa da, ümumilikdə 6 “Oskar” heykəlciyi (“Ən yaxşı viziual effektlər”, “Ən yaxşı film musiqisi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı montaj”, “Ən yaxşı rəssam-rejissor”, “Ən yaxşı səs” – “Academy Award for Best Sound”) qazanıb.

94-cü “Oskar” gecəsində 20-dən çox nominasiya üzrə mükafatlar təqdim edilib.


Baxış sayı - 555 | Yüklənmə tarixi: 31.03.2022 17:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031