manera.az
manera.az

Mir Cəlalın əsəri əsasında film çəkilib

📅 06.12.2021 16:49

Mir Cəlalın əsəri əsasında film çəkilib
Azərbaycanlı yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında "Nazik mətləb" adlı film çəkilib.

Manera.az xəbər verir ki, filmdə tələbəsinə aşiq olan, lakin dövrün qınağından ehtiyat edərək, işgüzar fəaliyyətinə kölgə salmamaq üçün sevgisini dilə gətirməyən müəllimin sevgi hekayəsindən danışılır.

Filmdə baş rolları əməkdar artist Gülzar Qurbanova və “Best Model of the World” müsabiqəsinin azərbaycanlı qalibi model Rüstəm Cəbrayılov canlandırıb.

Gülşad Baxşıyeva, Taleh Yüzbəyov, Sevinc Əliyeva, Nərmin Kərimbəyova, Şakir Əhmədzadə və digər aktyor heyətinin rol aldığı ekran işinin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradov, operatoru isə Rauf Qurbanəliyevdir.

“Caspian Media Group”un hazırladığı “Nazik mətləb” filminin layihə rəhbəri Hüseyn Cavadzadə, direktoru İrəm Laçındır.

"Nazik Mətləb" rəsmi trailer - VİDEO


Baxış sayı - 633 | Yüklənmə tarixi: 06.12.2021 16:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031