manera.az
manera.az

Məşhur cizgi filmində Azərbaycan xalq nağılı (VİDEO)

📅 13.08.2021 13:52

Məşhur cizgi filmində Azərbaycan xalq nağılı (VİDEO)
"Maşa və Ayı" cizgi filminin növbəti buraxılışında Azərbaycandan bəhs edilir.

Manera.az xəbər verir ki, cizgi filminin bu buraxılışı Azərbaycanın "Cırtdan" xalq nağılı əsasında hazırlanıb.

Buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunur. Bundan başqa, filmdə məşhur "Cücələrim" mahnısı da səsləndirilir. Sözügedən buraxılışda Azərbaycanın qədim sənətkarlığı - pinəçilik də nümayiş olunub.

Cizgi filminin bu buraxılışına "YouTube" kanalında qısa müddətdə xeyli baxış olub.

Малыш Джиртан (Серия 1) ✨ Маша и Медведь (VİDEO)

Məlumat üçün bildirək ki, Maşa və Ayı (rus. Маша и Медведь) ümumi auditoriyaya nəzərdə tutulmuş Rusiya multiplikasiya serialıdır. Cizgi filmi üçölçülü qrafikanın köməyi ilə yaradılıb. Serial Andrey Dobrunov, Oleq Kuzovkov və Dmitri Loveiko tərəfindən yaradılıb. Deyilənə görə, rejissoru bu həvəsə gətirən "Tom və Jerri" olub. Digər animasiyalardan fərqli olaraq Kuzovkov öz filmində təkcə heyvanlardan deyil, kiçik qız uşağı obrazından da istifadə etmək qərarında gəlir. Hansı ki, bir çox kiçik qız tamaşaçılar özlərini onun yerində hesab edirlər. Serial 7 yanvar 2009-cu ildə Rusiya 1 kanalında yayımlanıb.

Maşa və Ayı (rus. Маша и Медведь) hazırda Youtube portalında 20 milyarddan çox baxış sayına malik olan, ancaq lisenziyalı malların (oyuncaq, şokolad, uşaq yeməkləri və sair...) satışından 225 milyon dollar vəsait əldə edən, Avropada uşaq bendləri arasında ilk beşliyə daxil olan animasiya serialıdır.

Filmin bir seriyası 2-4 ay arasında çəkilir. Hər seriya isə 6-7 dəqiqə olur. Filmin yaradıcıları hesab edirlər ki, bu, uşaqların cizgi filminə baxmagı üçün ən ideal vaxtdır.


Baxış sayı - 981 | Yüklənmə tarixi: 13.08.2021 13:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031