manera.az
manera.az

Abbasilər dövrünə aid qızıl sikkələr tapıldı - Fotolar

📅 25.08.2020 07:38

Abbasilər dövrünə aid qızıl sikkələr tapıldı - Fotolar
İsrailin Yavnə şəhərinin yaxınlığında arxeoloqların apardıqları qazıntılar zamanı erkən İslam dövrünə aid olan qızıl sikkələr tapılıb.

Manera.az xəbər verir ki, israilli arxeoloqlar Liat Nadav-Zit və Elie Həddad jurnalistlərə açıqlama verərək tapılmış 425 ədəd qızıl sikkənin min il əvvələ - Abbasilər dövrünə aid olduğunu bildiriblər. Numizmatika üzrə ekspert Robert Kool əlavə edib ki, bu sikkələrin IX əsrdə - Abbasilər sülaləsinin Yaxın Şərq və Şimali Afrikanın böyük bir ərazisini nəzarəti altına aldığı illərdə zərb edildiyi ehtimal olunur.

Kool onu da əlavə edib ki, həmin dövr sənət, elm, ticarət və sənaye sahəsində müsəlmanların ən zəngin dövrü hesab edilir və sözügedən sikkələr də Xəlifə Harun ər- Rəşidin hakimiyyəti illərinə təsadüf edir.

Qeyd edək ki, Xəlifə Harun ər-Rəşid Abbasilər xilafətinin beşinci hökmdarı kimi tarixə düşüb.

Arxeoloqlar vurğulayıblar ki, yeni tapıntı İsrail ərazisində aşkar edilən ən böyük qədim xəzinələrdən biridir. Ən çox qızıl sikkə isə 2015-ci ildə İsrailin Aralıq dənizi sahilində yerləşən Qeysəriyyə liman şəhərində tapılıb. Belə ki, 2 min qızıl sikkədən ibarət olan bu xəzinə X əsrdə - Fatimilər dövründə zərb edilib.

Abbasilər dövrünə aid qızıl sikkələr tapıldı - Fotolar
Abbasilər dövrünə aid qızıl sikkələr tapıldı - Fotolar


Baxış sayı - 1 746 | Yüklənmə tarixi: 25.08.2020 07:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031