manera.az
manera.az

Qubada xalçaçılığın təbliği mövzusunda təlimlər keçirilib

📅 10.08.2020 16:30

Qubada xalçaçılığın təbliği  mövzusunda təlimlər keçirilib
"Xalça Dünyası Assosiasiyası" İctimai Birliyi “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlərin təşkili layihəsini icra edir.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə icra edilir.

Manera.az xəbər verir ki, Quba rayonunda icra olunan layihə çərçivəsində qədim və unudulmaqda olan xalça naxışları, xalçaların daranması, iplərin seçilməsi və yuyulması, xalçaların qayçılanması, xalçalara ilmə vurma, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması, xalçaların toxunma qaydaları mövzularında nəzəri və praktiki təlimlər keçirilib.

Təlimlərdə layihə rəhbəri, Azərbaycanın ilk sahibkar qadını, “Əməkdar mədəniyyət işçisi” Fatimət Ağamirzəyeva bildirib ki, xalçaçılıq sənətinin xanımlar arasında təbliğ edilməsi və nəsillərə ötürülməsi bu qədim sənətin yaşadılması deməkdir. "Regionda və ucqar kəndlərdə sahibkarlığın inkişafına stimul vermək məqsədi ilə layihə iştirakçılarına peşə sahibi, peşəyə yiyələnməklə yanaşı, həmçinin bu sənətə sahib olmaqla gəlir əldə etmək imkanı qazandırmaq əsas vəzifəmizdir".

Qeyd edək ki, təlimlərdə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev da iştirak edib. E. Xeyrullayev Azərbaycan Respublikaının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətindən danışaraq sözügedən layihənin əhəmiyyətini xüsusi qeyd edib.

Qubada xalçaçılığın təbliği  mövzusunda təlimlər keçirilib
Qubada xalçaçılığın təbliği  mövzusunda təlimlər keçirilib
Qubada xalçaçılığın təbliği  mövzusunda təlimlər keçirilib


Baxış sayı - 602 | Yüklənmə tarixi: 10.08.2020 16:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031