manera.az
manera.az

Magistraturaya qəbulun nəticələri elan olundu

📅 26.06.2020 17:01

Magistraturaya qəbulun nəticələri elan olundu
Magistraturaya qəbul imtahanı vermiş bakalavrların nəticələri elan olunub.

DİM-dən Manera.az-a verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahan nəticələri yaxın vaxtlarda DİM-in saytına da yerləşdiriləcək.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2020-ci il iyulun 6-dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə qəbulun vaxtı elan olunacaq.


Baxış sayı - 2 070 | Yüklənmə tarixi: 26.06.2020 17:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031