manera.az
manera.az

Qanun təsdiqləndi: Dövlət dili normalarını pozanlar cərimələnəcək

📅 24.06.2020 05:55

Qanun təsdiqləndi: Dövlət dili normalarını pozanlar cərimələnəcək
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq edib.

Manera.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə 533-1-ci maddə əlavə edilib.

Bu maddə kütləvi informasiya vasitələrində (KİV) və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması hallarını nəzərdə tutur.

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.


Baxış sayı - 756 | Yüklənmə tarixi: 24.06.2020 05:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930