manera.az
manera.az

AYB-dən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat...

📅 26.03.2020 18:08

AYB-dən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat...
AYB Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, AYB bu gün Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat pul vəsaitinin köçürülməsi ilə bağlı qərar qəbul edib.

Onun sözlərinə görə, AYB Azərbaycan dövləti və ölkə Prezidentinin koronavirusla mübarizə istiqamətində atdığı bütün addımları dəstəkləyir.

"Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və ora olan ianələr dövlətimizin öz vətəndaşlarının sağlamlığına böyük qayğısının bariz nümunəsidir. İnanırıq ki, dövlətimizin böyük köməyi, vətəndaşlarımızın həmrəyliyi nəticəsində pandemiyadan əziyyət çəkən insanlarımız tezliklə öz sağlamlıqlarına qovuşacaqlar”, - deyə X. Rza vurğulayıb.


Baxış sayı - 773 | Yüklənmə tarixi: 26.03.2020 18:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930