manera.az
manera.az

Asiyadan baxanda Azərbaycan - İsa Həbibbəylinin şeiri

📅 16.10.2019 11:08

Asiyadan baxanda Azərbaycan - İsa Həbibbəylinin şeiri
Manera.az akademik İsa Həbibbəylinin 70 illik yubileyi münasibəti ilə bir şeirini oxuculara təqdim edir:

Asiyadan baxanda Azərbaycan

Günəşli diyardır,
Üfüqləri ayazdır,
Qafqazdır.

Nəhəng bir neft çənidir,
Avropaya doğru gəmidir,
Qafqaz regionunun Çinidir.

Dəmir İpək yoludur,
Sərvəti ilə doludur,
Dədəq Qorqud kimi uludur.

Asiyanın bir qoludur.
Bəşəriyyətin oğludur.
Dərin kökləri ilə,
Oğuz yurduna bağlıdır,
XXI əsrin nağılıdır.

Pekin, 18.11.2017


Baxış sayı - 1 389 | Yüklənmə tarixi: 16.10.2019 11:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930