manera.az
manera.az

Nobel mükafatçıları bu tarixdə bəlli olacaq

📅 20.09.2019 11:47

Nobel mükafatçıları bu tarixdə bəlli olacaq
Bu il Nobel mükafatı laureatlarının adları 7-14 oktyabr aralığında elan olunacaq.

Manera.az xəbər verir ki, Nobel həftəsi oktyabrın 7-də Tibb və ya psixologiya sahəsində Nobel mükafatının qalibinin elan edilməsi ilə başlayacaq.

Oktyabrın 8-də Fizika üzrə Nobel mükafatı, oktyabrın 9-da isə Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Oktyabrın 10-da 2018 və 2019-cu illər üçün Ədəbiyyat üzrə Nobel mükafatçılarının adları məlum olacaq.

Oktyabrın 10-da Sülh üzrə, oktyabrın 14-də isə İqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan edilməyib./apa.az/


Baxış sayı - 1 267 | Yüklənmə tarixi: 20.09.2019 11:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031