manera.az
manera.az

Əhəmiyyətli tədqiqat işi

6-07-2019, 21:19

Əhəmiyyətli tədqiqat işi
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun “Göynük mahalı: siyasi, coğrafi, mədəni tarixi və folkloru: (Baş Layısqı və Baş Göynük kəndlərindən toplanmış tarixi - ədəbi və folklor materiallarının elmi şərhi)”(362s) adlı yeni monoqrafiyası nəşr olunub.

Manera.az xəbər verir ki, kitab respublikamızın tanınmış nəşriyyatlarından olan “Elm və təhsil” nəşriyyatı tərəfindən buraxılıb. Monoqrafiyada müəllifin uzun illər ərzində AMEA – nın Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin tədqiqat planına uyğun Şəkinin Göynük mahalının Baş Layısqı və Baş Göynük kəndlərindən toplamış olduğu ədəbi - tarixi və folklor materiallarının elmi şərhi verilib.

Adı çəkilən kəndlərin tarixi coğrafiyası, toponimik, məhəlli quruluşu, əhalisinin nəsil-soy, dil-şivə, ləqəb - ad xüsusiyyətləri, etnoqrafiyası - adət -ənənələri, məşğuliyyəti, folklor deyim və düşüncə tərzi, mənəvi-psixoloji aləmi haqqında geniş məlumat verən bu əsər Azərbaycanşünaslığın daha da inkişaf etdirilməsinə, xüsusən diyarşünaslığın öyrənilməsinə mühüm töhfə olacaqdır.

Monoqrafiyada diqqətçəkici məqamlardan biri Şəkidə aşıq mühitini mümkün edən Göynük mahalından çıxmış el aşıqlarının həyat və yaradıcılığının ilk dəfə olaraq oxucuların diqqətinə çatdırılmasıdır.

Kitab bütün qrup oxucular, xüsusilə Göynük mahalının adı çəkilən kəndlərinin ədəbi – tarixi, folklor həyatı ilə maraqlanan tarixçilər, ədəbiyyatçılar, dilçilər, folklorşünaslar üçün nəzərdə tutulmuşdur.

Kitabı əldə etmək istəyən oxucular bu nömrəyə müraciət edə bilərlər: 055 – 624 – 12 - 29
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30