manera.az
manera.az

Paleolit arxeoloji ekspedisiyasında tədqiqat işləri aparılıb - MANERA.AZ

Paleolit arxeoloji ekspedisiyasında  tədqiqat işləri aparılıb - MANERA.AZ


AMEA Arxeologiya və Etnoqrafiya institutunun paleolit arxeoloji ekspedisiyası 2015-ci ilin iyul-avqust aylarında tarix elmləri doktoru Əsədulla Cəfərovun rəhbərliyi altında Lerik rayonu ərazisində olan Zuvandçay paleolit düşərgəsində arxeoloji qazıntı işləri aparmışdır. Zuvandçay paleolit düşərgəsi 2007-ci ildə paleolit arxeoloji ekspedisiyasının Lerik rayonu ərazisində apardığı arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınmışdır.

Zuvandçay paleolit düşərgəsi Lerik rayonu ərazisində Buzeyr kəndi yaxınlığında olub, Zuvandçayın sol sahilində yerləşir. Zuvandçay paleolit düşərgəsi dəniz səviyyəsindən 1630 metr yüksəklikdə olub, çayın müasir yatağından 200 metr hündürlükdə yerləşir.

Zuvandçay paleolit düşərgəsində ilk elmi tədqiqat işləri 2011-ci ildə aparılmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı düşərgənin çöküntülərində arxeologiyanın müxtəlif dövrlərinə aid maddi-mədəniyyət qalıqları tapılmışdır.

2012-ci ildə paleolit arxeoloji ekspedisiyası Zuvandçay paleolit düşərgəsində arxeoloji qazıntı işləri aparmışdır və nəticədə düşərgənin çöküntülərində hələlik 6 təbəqə olması müəyyən olunmuşdur.

2015-ci ildə paleolit arxeoloji ekspedisiyasının əsas məqsədi aşağıdakılardan ibarət olmuşdur:

1. Zuvandçay paleolit düşərgəsinin yeni tədqiqat sahəsində çöküntünün stratiqrafiyasının müəyyən olunması;
2. Çöküntü sahəsində maddi mədəniyyət qalıqlarının yerləşmə xüsusiyyətlərinin müəyyən edilməsi;
3. Tapılan daş məmulatının texniki-tipoloji xüsusiyyətlərini təyin olunması;
4. Aşkar olunmuş maddi mədəniyyət qalıqları əsasında ayrı-ayrı təbəqələrdə arxeoloji mədəniyyətləri müəyyən etmək;
5. Düşərgədən tapılmış fauna qalıqları əsasında ovçuluq təsərrüfatının əsas cəhətlərini və ərazinin heyvanat aləmini tədqiq etmək;
6. Yeni tədqiqat sahəsindən aşkar olunmuş arxeoloji və paleontoloji məmulatlar əsasında düşərgədə məskunlaşmış qədim insanların həyat tərzini və mənəvi aləminin ayrı-ayrı xüsusiyyətlərini müəyyən etmək;
7. Yeni tapılmış maddi mədəniyyət qalıqlarının xarakterik və fərqli cəhətlərini müəyyən etmək;
8. Zuvandçay və Viləşçay vadilərində arxeoloji kəşfiyyat işləri aparmaq;
9. Aşkar olunmuş arxeoloji və paleontoloji məmulatlar əsasında elmi məqalələr və hesabat yazmaq.

2015-ci ildə Zuvandçay paleolit düşərgəsində arxeoloji qazıntı işləri düşərgənin giriş yolunun sağ tərəfində 12 kv.m həcmində aparılmışdır. Aparılan arxeoloji qazıntılar zamanı düşərgənin çöküntülərindən bu hissədə hələlik 5 arxeoloji təbəqə qeydə alınmışdır. Qazıntılar zamanı müəyyən olunmuşdur ki, düşərgənin çöl tərəfinə doğru getdikcə çöküntünün qalınlığı artır. Məhz buna görə də gələcəkdə Zuvandçay paleolit düşərgəsində aparılacaq arxeoloji qazıntı işləri zamanı daha yeni mədəni təbəqələrin qeydə alınması güman olunur.

Paleolit arxeoloji ekspedisiyasının 2015-ci ildə Zuvandçay düşərgəsinin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı orta əsrlər, antik, dəmir və tunc dövrlərinə aid gil qab qırıqları tapılmışdır. Düşərgənin III, IV və V təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı isə daş dövrünün müxtəlif inkişaf mərhələlərinə aid əmək alətləri və ovlanmış heyvan sümükləri qalıqları tapılmışdır.

Maraqlıdır ki, Zuvandçay paleolit düşərgəsinin IV və V təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı bir neçə ocaq layları qeydə alınmışdır. Zuvandçay düşərgəsinin çöküntülərində ocaq laylarının qeydə alınması düşərgə sakinlərinin ocaqdan istifadə etdiklərini göstərir.

Zuvandçay paleolit düşərgəsinin aşağı təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı ovlanmış heyvan sümüklərinin qalıqları tapılmışdır. Düşərgədən tapılmış sümük məlumatı içərisində ayrı-ayrı heyvanlara məxsus çənə və dişləri qeydə alınmışdır. Məhz tapılmış çənə və dişlər əsasında sümük məmulatının hansı heyvan və quş növünə aid olunması müəyyən edilmişdir.

Zuvandçay paleolit düşərgəsinin III, IV və V təbəqələrindən tapılmış daş məmulatları arasında əmək alətləri, qəlpələr, istehsal tullantılar və çay daşları qeydə alınmışdır. Düşərgənin III təbəqəsindən tapılmış daş məmulatlarının texniki və tipoloji tədqiqi əsasında onların üst paleolit dövründə hazırlandıqları müəyyən olunmuşdur. Düşərgənin IV və V təbəqələrindən tapılmış daş məmulatlarının texniki və tipoloji tədqiq zamanı onların mustye mədəniyyəti dövründə yəni 120-130 min illər əvvəllərdə hazırlandıqları müəyyən edilmişdir. Zuvandçay paleolit düşərgəsi Azərbaycanın cənub ərazisində - Talış dağları ərazisində qeydə alınmış ən böyük qədim insan düşərgəsidir. Yaşayış sahəsinə görə Zuvandçay paleolit düşərgəsi Azərbaycanda qeydə alınmış Azıx paleolit düşərgəsindən sonra ikinci ən böyük qədim insan düşərgəsi hesab olunur.

Paleolit arxeoloji ekspedisiyası 2015-ci ildə qazıntı işləri ilə yanaşı ətraf ərazilərdə arxeoloji kəşfiyyat işləri də aparılmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Zuvandçayın sol sahilində yeni qədim insan düşərgəsi qeydə alınmışdır. Həmin düşərgəyə Zuvand düşərgəsi adı verilmişdir. Düşərgədə torpaq çöküntüsü vardır. Gələcəkdə burada aparılacaq arxeoloji qazıntı işləri zamanı düşərgədə məskunlaşmış insanların hansı dövrdə yaşadıqları müəyyən olunacaqdır.

Paleolit arxeoloji ekspedisiyasının 2015-ci ildə apardığı tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi tədqiq davam edir və bu da Zuvandçay paleolit düşərgəsində məskunlaşmış ən qədim insanların ovçuluq təsərrüfatı, məşğuliyyəti, mənəvi aləmi, əmək alətlərinin texniki tipoloji xüsusiyyətləri və digər cəhətlərin müəyyən olunmasına zəmin olunacaqdır.


Paleolit arxeoloji ekspedisiyasında  tədqiqat işləri aparılıb - MANERA.AZ
Paleolit arxeoloji ekspedisiyasında  tədqiqat işləri aparılıb - MANERA.AZ


MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930