manera.az
manera.az

Mina Rəşid: Uşaq şeirləri

1-07-2019, 10:44

Mina Rəşid: Uşaq şeirləri
Manera.az Mina Rəşidin “Böyüklər bizə baxsın” kitabından uşaq şeirlərini təqdim edir:


QUMRU

Ağappaq qar içində
Atılıb-düşdü Qumru.
Qartopular düzəltdi
Balaca, yumru-yumru.

Sonra qardaşı ilə
Qardan adam düzəltdi.
Buz kimi əllərini
Anasından gizlətdi.

ÇİÇƏYİN ÇƏTİRİ

Yağış yağır səhərdən
Hələ külək də əsir.
Əlindəki çətirlə
Çiçək yaman tələsir.

Məktəb harada qaldı?
Buludlara uçur o.
Gedə bilmir, çətirin
Arxasınca qaçır o.

AYAQQABI ADASI

Burda çoxlu çeşid var
Götürürdüm, baxırdım.
Zəhraya mağazadan
Ayaqqabı alırdım.

Zəhra dedi: “Ay aman,
Biz gəlmişik uzaya! ”
“Ayaqqabı adası”
Söylədi mağazaya.

ÜMİDİN BİR YAŞI VAR

Ümidin bir yaşı var
Evdə nə var dağıdır.
Əlindən bir şey alsan
Tez qışqırıb-bağırır.

Ayıcığın qolundan
Tutub yerlə sürüyür.
Qaçır o baş, bu başa
Tappır-tuppur yüyürür.

Atasını yedirdir
“Can”, - deyir anasına.
Daha yorulmadınmı
Gəl, xalanın qucuna.

GÜNƏŞ NƏ AĞILLIDI

Günel gedir məktəbə
Günəş üzünə gülür.
Deyir, yoxsa günəş də
Ana, məktəbə gəlir.

Günəş nə ağıllıdı
Göydə ocaq qalayır.
Uzadıb əllərini
O məni qucaqlayır.

AY DA GƏLİR DALIMCA

Mavi yorğan içində
Başın qoyub balınca.
Mən getdikcə görürəm
Ay da gəlir dalımca.

Duşünürdun Ay nədən
Arıq olur çöp kimi.
Bir də gördüm kökəlib
Dönüb olub top kimi.

MÖTƏRİZƏ

Mötərizə yazmağı
Öyrənib bizim Ayna.
Mötərizə içində
Qaldı armud və alma.

Anasının üzünü
Alıb kiçik ovcuna.
Mötərizəyə saldım
Deyir, səni, ay ana!


SƏMA VƏ RƏŞİD

Səma məktəbə gedir,
Rəşid kiçikdi hələ.
Biri dərs hazırlayır,
Biri oynayır elə.

Səma bir də baxır ki,
Nə var yerə tökülüb.
Rəsm dəftəri itib,
Karandaşlar yox olub.

“Bu Rəşidin işidir”-
Bacısı tez anlayır.
Qardaşına hirslənir,
Onu çoxlu danlayır.

Səma sonra görür ki,
Bu çıxış yolu deyil.
Balaca müəllimə
Qardaşına dərs deyir.

HÖRÜMÇƏK ADAM

Hörümçəyə bənzəyir
Sakitcə qalxır, durur.
Hörümçək adam kimi
Həmzə evdə tor qurur.

O qədər seyr edib ki,
O, “Hörümçək adam”ı.
Evdə oyun çıxarır
Dəyişiblər adını.

“Dünyanı qurtarıram
Hörümçək adam kimi”-
Deyir, evdə qoy hər kəs
Qəhrəman bilsin məni.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30