manera.az
manera.az

Əfsanə Əliyevadan "İməkləyən yalanlar"

17-04-2015, 02:29

Əfsanə Əliyevadan "İməkləyən yalanlar"
Hər bir valideyn övladının dürüst, xeyirxah, ağıllı, bir sözlə müsbət keyfiyyətlərə sahib şəxsiyyət kimi böyüməini istəyir. Amma istəmək kifayət deyil. Uşağın tərbiyəsində ana və ata birbaşa məsuliyyət daşıyır.

Valideynlərin problemlərindən biri də uşaqların yalan danışmasıdır. 3-7 yaş arasında olan uşaqlar xəyalla həqiqəti bir-birindən ayırmağa çətinlik çəkirlər. Onlar ancaq 11 yaşından sonra böyüklər kimi mühakimə yürütmək qabiliyyətinə malik olurlar.
Uşaqların yalan danışması çox təhlükəlidir, çünki bu başqa pis vərdişlərə də yol aça bilər. Ona görə də problemin qarşısını vaxtında almaq lazımdır. Uşağın üstünə qışqırmaq, onu ittiham etmək çıxış yolu deyil. Əgər belə etsəniz o düşünəcək: “Onsuzda məni yalançı, məsuliyyətsiz kimi qəbul edirlər”. Ona “Yalan danışma” deməyin, əksinə “Düz danışanda səninlə fəxr edirəm” deyin. Övladınızı müşahidə etməyə, ən kiçik müsbət hərəkətini belə qiymətləndirməyə çalışın. Bu cür etməklə onu pis vərdişlərdən uzaqlaşdıra, yaxşı vərdişlərə yaxınlaşdıra bilərsiniz.

3 yaşından əvvəl

3 yaşına qədər uşağın yalan danışmasının heç bir qorxusu yoxdur. Çünki onlara elə gəlir ki, hamı onlar kimi düşünür, onların bildiyini bilir. Məsələn: 2 yaşlı bir uşaq itərkən düşünür ki, anası onun yerini bilir və onu anası itirib.
3-4 yaş

3-4 yaşlı uşaqlar düşüncələrini başqalarının bilmədiyini anlamağa başlayırlar. Bu yaşdakı uşaqların xəyal gücü çox qüvvətlidir və yeni məlumat və bacarıqlarını sınamağı xoşlayırlar. Bu səbəblə də tez-tez hekayələr uyduraraq bu məlumatlarını yoxlayırlar. Məsələn südü yerə tökən uşaq anasına "Mən etmədim mətbəxə böyük bir qurd girdi, südü o tökdü" deyə bilər. Bu yaşlardakı uşaqların günahı başqalarına atmaları və ya hekayələr uydurmaları normaldır.
5-8 yaş

İbtidai sinifdə htəsil alarkən uşaq həqiqət ilə yalan arasındakı fərqi anlamağa başlasa da, ümumiyyətlə doğru olanı etməkdən çox, ana-atalarını məmnun etməyə çalışırlar. Bu səbəbdən valideynlərinin kədərlənəcəyini ya da bəyənməyəcəyini düşündükləri vəziyyətlərdə həqiqəti deməmək ehtimalları daha yüksəkdir.

Yeniytməlik dövrü övladınızın keçdiyi ən çətin dövrdür. Bu dövrə kimi ondakı pis vərdişləri tərbiyə etmək mütləqdir. Çünki bu dönəmdə yalan artıq vərdişə yox, xarakterin bir hissəsinə çevrilir. Yalan danışan uşaqlarda iradə zəifliyi, özünəinamsızlıq, qorxaqlıq kimi keyfiyyətlər üstünlük təşkil edir. Özünə qapanmağa, başqalarından uzaqlaşmağa başlayır.

Uşaqların yalan danışmasına səbəb olan amillər:

1.Valideyinlərinin, müəllimlərinin, dostlarının diqqətini cəlb etmək üçün yalan danışması.
2. Valideyinlərindən, müəllimlərindən, dostlarından qorxduqları üçün yalan uydurması.
3. İstədiyini əldə etmək məqsədi ilə yalan danışmaq.
4. Məsuliyyətdən qaçmaq üçün yalan danışmaq.
5. Qısqanclıq, hiperpassivlik və ya hiperaktivliklə bağlı fiziki-psixoloji problemlər səbəbindən yalan danışmağa meyilli olmaq.

Əgər övladınızın yalan danışmasını istəmirisinizsə:

1. Övladınız yalan danışmaq dərəcəsinə çatıracaq davranışlardan uzaq durmağa çalışın.
2. Övladınız tanıyın. Ondan bacarmadığını etməyə məcbur etməyin.
3. Çevrəsini məhdudlaşdırmayın.
4. Hədələməyin.
5. Onunla söhbət etməyə, dost olmağa çalışın. Sıxıntı və düşüncələrini sizinlə bölüşmək üçün imkan yaradın.
6. Ona güvəndiyinizi və inandığınızı hiss etdirin.
7. Diqqət və sevgini əskik etməyin.
8. Uğurlarını qiymətləndirin.
9. Yalan danışdıqda bunun səbəbini araşdırın. Özünüz öhtəsindən gələ bilmirsinizsə psixoloqa müraciət edin.
10. Övladınız incəsənətə meyilləndirməyə cəht göstərin.( şəkil çəkmək, hər hansı bir musiqi alətində ifa etmək və.s) Bu uşağınızda mənfi enerjini müsbətə doğru dəyişəcək.


Menera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031