manera.az
manera.az

Elmin inkişafında orta əsrlər islam alimlərinin əvəzsiz rolu - LAYİHƏ

Elmin inkişafında orta əsrlər islam alimlərinin əvəzsiz rolu - LAYİHƏ
Əhməd Qəşəmoğlu, professor

Qərblilər bir qayda olaraq elmin inkişaf tarixindən danışanda şərq alimlərinin adını səthi olaraq çəkir yaxud da tamamilə unudurlar. Bu cür elm tarixi yazanlar adətən bir qayda olaraq elmi tarixində Aristotel dövründən bir başa XVI—XVII əsrə tullanaraq Avropa alimlərinin işlərini qeyd edirlər. Onların elmdəki böyük xidmətlərindən danışsalar da, həmin alimlərin şərq, xüsusi ilə orta əsr, islam alimlərindən nə qədər bəhrələndiyi barədə susurlar.

Orta əsr islam alimlərindən adətən İbn Sinanın(980—1037), İbn Rüşdün(1126—1198), Biruninin(973—1050) və hərdən ibn Haldunun( ) adları çəkilir. Bu alimlərdə rasional düşüncə baxımından qiymətli faktlar qərb alimlərinin diqqətini daha çox cəlb edir. Amma deyək ki, Əl-Kindi, Fərabi, İbn Sina, Bəhmənyar, İbn Rüşd, İbn- Ərəbi, Ş. Sührəverdi, Qəzali, N. Tusi kimi nəhəng alimlər barədə elə də çox danışılmır. Çünki qərb alimləri tərəfindən bu alimlərin nəhəngliyinin sirri o qədər də aydın deyil. Halbuki, həmin alimlərin əsərlərində həm öz dövrlərində, həm də indiki vaxtda olduqca əhəmiyyətli olan fikirlər vardır. Həmin fikirlər indiki dövrdə rasional elmi düşüncənin, siyasi doktorinaların, qlobollaşma proseslərinin, qondarma fəlsəfi sistemlərin yer üzünü saldığı təhlükəli burulğandan çıxarmaq gücünə malikdir.
Orta əsr islam alimləri əvvala yer üzündə o dövrdə itib batmaqda olan ümumi elmi düşüncəni ümumilikdə xilas etdilər, elmin doğru inkişaf istiqamətlərini tapdılar, elmdə böyük nəaliyyətlər əldə etdilər və elmi Avropaya gətirdilər. Bununla da elmin inkişafına yeni nəfəs verildi.

Orta əsr islam alimləri qədər ilahiyyət elmləri ilə dünyəvi elmlər arəsində ahəngi doğru hiss edən başqaları olmamışdır. Dünyəvi elmlər insanın idrakının daha fəal hərəkətə gəlməsinə, qarşılaşdığı problemləri idrakın köməyi ilə həll etməsinə kömək edir. İlahiyyat elmləri insanlara öz həyatlarını qurmaqda daha çox icraçılığa yönəldirsə, dünyəvi elmlər insanı quruculuğa yönəldir. Amma, bu elm sahələri öz aralarında olduqca sıx bağlıdır və biri birlərini ahəngdar olaraq tamamalayır. Dünyəvi elmlər insanın intellektinin inkişaf etməsinə kömək edir. Bu isə ona dini kitabları daha dərindən başa düşməyə kömək edir. Amma o dünyəvi elm, onun məntiqi daha doğru sayılmalıdır ki, o dini kitablara(kainatın, həyatın nizamı barədə vəhy yolu ilə alınmış doğru informasiyalara) zidd olmasın. Beləliklə, ilahiyyat elmləri insana həyat barədə bilgilərinin istiqamətlənməsinə, dünyəvi elmlər isə bu bigilərin dərinləşməsinə, köməkçi vasitəyə çevrilməsinə xidmət edir. İlahiyyat elmləri imanın, dünyəvi elmlər idrakın elmidir. İdrak daha çox rasional düşüncənin, iman isə rasional olmayan amillərin təsiri altındadır.
Butun tarix göstərir ki, o zaman ki, idrakla iman biri-birinin yanında olur, biri- biri ilə ahəng yaradır, o zaman tərəqqi baş verir. İdrak imanın yanından çəkiləndə cəhalət başlayır. İman idrakın yanından çəkiləndə isə vəhşilk höküm sürürür. İnsanlara daha çox lazım olan mükəmməl elm rasional olanla, rasional olmayan amilləri birlikdə nəzərə alaraq mühakimə yürüdə bilən elmdir.

Dünyəvi elmlər insanın idrakının daha fəal hərəkətə gəlməsinə, qarşılaşdığı problemləri idrakın köməyi ilə həll etməsinə kömək edir. İlahiyyat elmləri insanlara öz həyatlarını qurmaqda daha çox icraçılığa yönəldirsə, dünyəvi elmlər insanı quruculuğa yönəldir. Amma, bu elm sahələri öz aralarında olduqca sıx bağlıdır və biri birlərini ahəngdar olaraq tamamalayır. Dünyəvi elmlər insanın intellektinin inkişaf etməsinə kömək edir. Bu isə ona dini kitabları daha dərindən başa düşməyə kömək edir. Amma o dünyəvi elm, onun məntiqi daha doğru sayılmalıdır ki, o dini kitablara(kainatın, həyatın nizamı barədə vəhy yolu ilə alınmış doğru informasiyalara) zidd olmasın. Beləliklə, ilahiyyat elmləri insana həyat barədə bilgilərinin istiqamətlənməsinə, dünyəvi elmlər isə bu bigilərin dərinləşməsinə, köməkçi vasitəyə çevrilməsinə xidmət edir. İlahiyyat elmləri imanın, dünyəvi elmlər idrakın elmidir. İdrak daha çox rasional düşüncənin, iman isə rasional olmayan amillərin təsiri altındadır.
İslam alimlərinin dünyəvi elmlərdən istifadə edərək böyük uğur qazanması başqa dinin daşıyıcılarını, onların dini mərkəzlərinin də dünyəvi elmlərə marağını çox artırdı. Həmin mərkəzlər unudulub getmiş bir çox kitablar toplamağa, kitabxana yaratmağa başladı. Bir çox mənbələrsə bir başa ərəb dilindən tərcümə edildi. Dini kitablardakı kəlamlar, ayələr arxasındakı sirlər dünyəvi elmlərin köməyi ilə də araşdırılmağa başlandı. Dünyəvi elmlərin qərbdə yayılmasında kilsələr olduqca mühüm rol oynadı. Doğru, bununla yanaşı yanlış mülahizələrin nəticəsi olaraq eyni zamanda müəyyən elm ətrafı sahələr, məsələn – maqiya, kabalistika, kimyagərlik, astrologiya kimi sahələr də üzə çıxdı.

Elmin bu mərhələsi dünyəvi elmlərlə ilahiyyət elmlərinin biri-biri ilə çox yaxın olduğu dövrdür. Amma təəsüf ki, tarix bu mərhələnin potensialından lazımi şəkildə istifadə edə bilmədi. Buna həm həmin dövrün hökümdarları mane oldu, həm də elm sahəsində o zamankı təcrübə. Bu məsələdə həlledici rolu əsasən ciddi tarixi proseslər oynadı. XV əsrdə artıq elmdə qərb alimlərinin mövqeləri möhkəmləndikcə, sxolastik deyilən dövr başa çatdı.
Islam aləmində maarifləndirmə hərakatı hələ peyğəmbərin sağlığından başlamışdı. Peyğəmbər bütün müsəlmanların həm ilahiyyət, həm də dünyəvi elmlər vasitəsi ilə eyni zamanda maarifləndirilməsini istəyirdi. O gözəl bilirdi ki, elmi biliklərə düzgün yiyələnən insanlar islami dəyərləri daha yaxşı mənimsəyəcək, bu dəyərlər ətrafında daha mütəşəkkil birləşəcəklər. Ona görə cümə namazlarında bütün müsəlmanlara demək olar ki, biliklərini artırmaq sahəsində savadlı mollalar , din xadimləri tərəfindən ciddi anlaşıqlı mühazirələr(xütbə) oxunur, hüzr məclisləri, müsəlmanların toplaşdığı digər məclislərdə hər kəsin anlayacağı şəkildə söhbətlər edilirdi. İnsanların din, dünya qayğıları barədə suallarına elmi əsaslanmış cavablar verilirdi. Peyğəmbərin müasiri olan İmam Cəfər Sadiq, peyğəmbərin bir sıra əsabələri dövrün universal biliklərə malik ciddi alimləri idi. Bu insanlar islam aləmində dünyəvi elmlərin dərindən, əhatəli şəkildə öyrənilməsinin strateji istiqamətlərini yaratdılar, ciddi fəaliyyətə başladılar.
Məscidlərdə xüsusi məktəblər- mədrəsələr fəaliyyətə başlamışdı. Artıq VIII əsrin əvvələrində əksər məscidlərdə belə məktəblər fəaliyyət göstərirdi. Bu dövrlərdən Bəsrə, Kufə, Bağdad, Təbriz və s. şəhərlərdə, digər müsəlman dövlətlərində ciddi Elmi-Tədris Mərkəzləri yaranmağa başladı. 830 cu ildə Bağdadda “Dar əl-üləm”(“Elm evi”) adlı akademya yarandı. Bu akademya orta əsrlərdə islam aləmində olduqca ciddi elm adamlarının, alimlərin yetişməsində mühüm rol oynadı. 972 ci ildə Qahirədə əl- Əzhar adlı universitet yarandı. X əsrdə artıq islam aləmində elm və təhsil sistemi olduqca inkişaf etmişdi. Hətta islamın yayıldığı piriney torpağında- Kordovada 27 mədrəsə fəaliyyət göstərirdi. İslam aləmində geniş yayılan mədrəsələrdə fəlsəfə, riyaziyyat, təbabət, astronomiya(nücum), qiraət, etika kimi elm sahələri dərindən öyrədilirdi. Bağdad, Səmərqənd, Dəməşqdə, sonralar Marağada və digər yerlərdə astronomiya elminin inkişafında mühüm rol oynayan rəsədxanalar yaradılmışdı. Bu rəsədxanaların ciddi fəaliyyəti nəticəsində islam alimləri göy cisimləri barədə ətraflı məlumatlar əldə etdilər, bir çox ulduzlara ad verdilər, ulduz xəritələri yaratdılar. Yerin kürə şəkilində olması barədə ətraflı məlumata malik olan islam alimləri 827 ci ildə, Suriya səhrasında yer kürəsinin ölçülərini öyrənmək üçün meredianı ölcərək araşdırmalar aparmağa başladılar.

Əl-Kindi, Əl-Fərabi, İbn Sina, Bəhməniyar, İbn Rüşd kimi alimlər yunan fəlsəfəsinin incəliklərini dərindən öyrənir, geniş təbliğ edir, bu sahədə öz davamçılarını yetirir, məktəblərini yaradırdılar. Bu kimi alimlərin, elmi mərkəzlərin yunan fəlsəfəsinə aludəliyi elə o zamandan qərbə də keçdi və indiyə qədər də davam etməkdədir. Amma islam alimləri sadəcə yunan fəlsəfəsinin təbliğatçıları deyildilər. Dünyanın hansı yanında elmi cəhətdən qiymətli kitab olduğunu eşidirlərdisə, onu tapıb gətirib tərcümə edir, öyrənirdilər. Onlar yunan fəlsəfəsi vasitəsi ilə öz intellektlərini inkişaf etdirir və Quranı Kərimin ayələrinin məna yükünü daha yaxşı açmağa, fəlsəfə elmini daha dərin şəkildə inkişaf etdirməyə çalışırdılar. Bu sahədə kifayət qədər uğurlar qazanıldı. Kainat, varlıq, nəfs, cəmiyyət və s. barədə babilistan-misir, yunan, hind mənbələrindən istifadə edən islam alimləri eyni zamanda qeyri rasional aləmin də imkanlarını, təsir gücünü dərk etməyə, ondan istifadə etməyə çalışırdılar. Nəticədə təsəvvüf fəlsəfəsi kimi möhtəşəm, hələ də layiqincə qiymətləndirilə bilinməyən bir fəlsəfi sistem yaratdılar. Bu fəlsəfə, ondan irəli gələn təlim bir mənalı olaraq deyirdi ki, həqiqi elmi biliklər əldə etmək istəyən alim ilk növbədə öz daxili aləmini təmizləməlidir. Belə olduqda onun qəlb aləmi kainatın ahənginə köklənə və kainat sistemindən daha dəqiq bilgilər əldə edə bilər. Təsəvvüfçülər bu prinsipi hər zaman əsas tutmuşlar: “Qəlb bir güzgüdür, o təmizləndikcə, ətrafı daha dəqiqliklə əks etdirər. Güzgü çirkləndikcə, ətraf da orada əyri, dumanlı şəkildə əks olunar.”

İslam alimlərinin bəzilərinin yaradıcılığına qısa bir nəzər salaq. Əl- Kindi(801-873) yeni tip ilk islam filosofu sayılır. Eyni zamanda riyaziyyata, təbabətə, musiqiyə, optikaya və s. sahələrə aid də xeyli əsərləri var. Yunan fəlsəfəsinin tədqiqində və islam aləmində təbliğində, ümumiyyətlə fəlsəfə elminin islam aləmində nüfuz qazanmasında olduqca böyük rol oynamışdır. Özünün olduqca ciddi fəlsəfi əsərləri olmuşdur. Elmi idrakın üç mərhələsi barəsindəki konsepsiyası ciddi əhəmiyyət daşıyır. Alman filosofu İmmanuil Kant 9 əsr sonra, XYIII əsrdə insanın idraki qabiliyyətləri ilə bağlı doktrinasında Əl- Kindinin bu fikirlərini mənbə göstərmədən təkrar etmişdir. Əl-Fərabi (870-950) fəlsəfə, riyaziyyat, tibb, musiqi, siyasət, sosiologiya elmlərinin inkişafı sahəsində misilsiz xidmət göstərmişdir. Yunan fəlsəfəsinin, xüsusi ilə Platon və Aristotelin islam və qərb aləmində dərindən tanınması sahəsində misilsiz xidmətləri olmuşdur. Məntiq elminin inkişafı, musiqinin sistemə salınması, notlarla ifadə olunması, bir sıra musiqi alətlərinin yaradılması da onun adı ilə bağlıdır. "Fəzilətli şəhər əhlinin baxışları" adlı kitabı, bir sıra başqa əsərləri onu sosiologiya elminin yaradıcısı, yaxud yaradıcılarından biri kimi tanımağa da əsas verir. Tarixdə ikinci Aristotel kimi tanınmışdır. Onun kitabları uzun illər şərq və qərb alimlərinin stolüstü kitabı olmuşdur. Əl-Biruni(973-1048) geosentrik nəzəriyyənin doğru olmadığını, yerin günəş ətrafında firlandığını N. Kopernikdən 500 il əvvəl öz “Hindistan” adlı kitabında yazmışdır. O, XI əsrin ən böyük coğrafiyaşünası sayılır. İlk qlobusu da o düzəltmişdir. İndiki Özbəkistanın Xorəzm mahalından olan Əl- Xorəzm(780-847) cəbr elmini, alqoritmlər nəzəriyyəsini yaratdı. Əl- Battani (850 - 929) riyaziyyat, Əbül-Vəfa(940 - 997) astronomiya elmini xeyli inkişaf etdirdi. Cabir ibn Həyyan (721-815), Mühəmməd ər-Razi(865 - 925), İbn Sina(980 - 1037), İbn-əl-Baytar( 1197-1248) kimi alimlərin əczaçılıq, tibb elmlərini sistemə salıb xeyli inkişaf etdirdilər. Coğrafiya, tarix, riyaziyyat, astronomiya sahəsində də islam alimləri olduqca mühüm nəticələr əldə etdilər. Amma, bir daha təkrar etmək lazımdır ki, islam alimləri itib batmaqda olan dünyəvi elmlərə, ümumiyyətlə elmə yeni nəfəs verdilər və onu avropaya gətirdilər. Bununla da Avropada intibah dövrünün başlanmasında əlahiddə rol oynadılar.

Davamı var...

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930