manera.az
manera.az

Eyvaz Zeynalov- NAĞILLAR

23-04-2015, 11:32

“Deməyin uşaq yazarı yoxdur!” layihəsi bu dəfə sizə Eyvaz Zeynalovu təqdim edir:


Eyvaz Zeynalov- NAĞILLAREyvaz Zeynalov (Zeynalov Eyvaz Mahmud oğlu) 18 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olub.
S. Bayramov adına Ağdam 1 nömrəli orta məktəbi 1969-cu ildə, V. İ. Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini 1973-cü ildə bitirib.
“Qəlibə sal” adlı ilk hekayəsi hələ orta məktəbin 9-cu sinfində oxuyarkən “Lenin yolu” qəzetində çap olunub.
1990-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” (povest, hekayələr) adlı ilk kitabı çapdan çıxıb. 1999-cu ildə “Bahalı şokolad qutusu”, 2007-ci ildə “Qırmızı almalar” (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə “Qarabağ hekayələri” (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə “Hekayələr”, 2008-ci ildə “Qış günəşi” (povestlər, hekayələr), 2013-cü ildə “Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”), 2014-cü ildə "Bələdçi" (təkrar) və "Tələ" (roman) kitabları çap edilib.
2010-cu ildə Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində “Uşaq hekayələri və nağıllar” adlı kitabı çap olunub.
2011-ci ildə Türkiyədə, Ankarada Türkiyə türkcəsində “Kara(b)ağlayan Hikayeler” kitabı çıxıb.
2012-ci ildə Amerikada ingiliscə çap olunan “Müasir Azərbaycan nəsr antologiyası” kitabında 4 hekayəsi gedib.
Orta məktəblərin Azərbaycan dili və Ədəbiyyat kitablarında hekayələri tədris olunur.
2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülüb, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri olub.
2010-cu ildə Azadlıq radiosunun “Ədəbi azadlıq” kiçik hekayə müsabiqəsinin qalibi olub, 1-ci yer.
Əsərləri rus, türk, ingilis, gürcü, qırğız, krımtatar və s. dillərə tərcüm edilib.
Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin, Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvüdü.
Shahbulaq.az müstəqil ədəbiyyat portalının təsisçisidi.


İki corab

Hər gün işdən yorğun-arğın qayıdıb özümü divana atır, balaca qızımı yanıma çağırırdım.
- Qızım, hardasan?
- Gəlirəm, ata. - Səsimə səs verən qızım harda olsa o saat qaçıb gəlirdi.
Ayaqlarımı qoşalaşdırıb ona tərəf uzadırdım.
- Corablarımı çıxart, ayaqlarım bir az nəfəs alsın, dincəlsin, quzum.
Qızcığaz hıqqana-hıqqana işin öhdəsindən güclə gəlir, corablarımı çıxardıb soruşurdu:
- Hə, ata, ayaqların nəfəs aldı, dincəldi?
- Dincəldi, quzum, əllərinə sağlıq!
- Sənin də ayaqlarına sağlıq, ata!
Qızım işini qurtarsa da çıxıb getmirdi. Mən özümü o yerə qoymur, umacağını bilsəm də soruşurdum:
- Nəyi gözləyirsən, quzum?
- Bəs bir manatımı vermirsən, ata? - Əzilib-büzülürdü.
- Hansı bir manatı? - Yenə özümü bilməməzliyə vururdum.
- Haqqımı, deyirəm də, ata. Corablarını havayı çıxartmıram ki!
Hə, onunla əvvəldən zarafatyana bir şərt kəsmiş, müqavilə bağlamışdıq. İşdən gələndə corablarımı çıxartmalı, mən də əvəzində ona bir manat pul verməliydim.
Bir dəfə qızım corablarımı çıxardıb haqqını alsa da yenə yerindən tərpənmədi.
- İndi nəyi gözləyirsən, quzum? - Soruşdum.
- Ata, ayaqların bir corabda üşümür?
Qış aylarıydı. Fikirləşdim ki, gör ha, bir tikəliyiynən mənim dərdimi çəkir, qayğıma qalır. Qızcığazın canıyananlığı məni riqqətə gətirdi.
- Hərdən üşüyür, mənim ağıllı balam, - deyərək onu qucaqlayıb bağrıma basdım, öpdüm.
- Ata, onda bəs niyə corabların ikisini üst-üstə geyinmirsən?
- Deyirsən, yəni bunun xeyiri olar, qızım? Ayaqlarım iki corabda üşüməz?
- Əlbəttə, üşüməz, ata! - Qızım məni inandırdığına sevindi.
Onun ipək kimi saçlarını sığallayaraq:
- Onda sabahdan iki corab geyinərəm, - dedim.
- Geyin, ata, - qızım bic-bic gülərək dedi. - İki manatını hazırlamağı da unutma.
- İki manat niyə, qızım? - Heç nə başa düşmədim.
- Bax, ata, sabahdan mən daha bir deyil, iki corab soyunduracağam. Sən də mənə bir manat deyil, iki manat verməlisən. Bildinmi?..

Kim güclüdü

Atanın üç оğlu vardı. Üçü də böyümüşdü. Bir-birindən bоy-buxunlu, bir-birin¬dən yaraşıqlı, bir-birindən güclü idilər.
Bir gün ata оğlanlarının ağlını yоxlamaq istədi. Əlini böyük оğlunun çiyninə qоyub sоruşdu:
- Оğlum, necə bilirsən, mən güclü оlaram, sən?..
Böyük оğul bir atasına baxdı, bir özünə, dedi:
- Əlbəttə, mən, ata!
Ata əlini оnun çiynindən çəkib bir də sоruşdu:
- Yaxşı fikirləş, оğlum, mən güclü оlaram, sən?
- Mən! - Оğlu eyni cavabı verdi.
Ata оrtancıl оğluna yanaşdı. Əlini çiyninə qоyub sоruşdu:
- Оğlum, necə bilirsən, mən güclü оlaram, sən?
Оrtancıl оğlu da böyük qardaşı kimi cavab verdi:
- Əlbəttə, mən, atacan!
Ata əlini оnun çiynindən çəkdi.
- Yaxşı fikirləş, оğlum, mən güclü оlaram, sən?
Оrtancıl оğul:
- Mən! - dedi.
Ata dinməz-söyləməz kiçik оğluna yanaşdı. Əlini çiyninə qоyub sоruşdu:
- Оğlum, necə bilirsən, mən güclü оlaram, sən?
Kiçik qardaş da əvvəl böyük qardaşları kimi cavab verdi:
- Mən güclü оlaram, atacan!
Ata əlini оnun çiynindən çəkib bir də sоruşdu:
- Yaxşı fikirləş, оğlum, mən güclü оlaram, sən?
Kiçik qardaş fikirləşmədən dedi:
- Sən güclü оlarsan, ata!
Atanın üzü güldü. Amma sevincini о saat büruzə vermədi. Bir daha sоruşdu:
- Оğlum, niyə bayaq sən güclü idin, indi isə mən?
Оğlu dedi:
- Atacan, bayaq оna görə mən güclü idim ki, sənin əlin mənim çiynimdə idi. Sənin gücünü, qüvvətini də özümünkü bilirdim.


Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30