manera.az
manera.az

Şərq və qərb mədəniyyətlərinin fərqli, spessifik xüsusiyyətləri

22-04-2015, 10:31

Şərq və qərb mədəniyyətlərinin fərqli, spessifik xüsusiyyətləri Əhməd Qəşəmoğlu, professor
____________________________________

Artıq iki əsrə yaxındır ki, yer üzündə «Avropa mədəniyyəti» nə bir aludəlik hökm sürməkdədir. Avropa, qərb mədəniyyətinin komponentləri bir mədəniyyət etalonu kimi götürülməkdədir. Qlobollaşmanı maraqlar məcrasında istiqamətləndirmək istəyənlər də bu aludəlikdən istifadə etməkdədirlər. Qərb, Avropa mədəniyyəti bütün komponentlərinə görə başqa mədəniyyət sistemlərindən üstündürmü? Məsələyə aydınlıq gətirmək üçün şərq və qərb mədəniyyətlərinin mahiyyətinin izah olunmasına ehtiyac vardır.

Şərq və qərb mədəniyyət sistemləri arasında kifayət qədər oxşar və fərqli cəhətlər vardir. Bəzi mütəxəssislərin dediyi kimi şərq və qərb mədəniyyət sıstemləri biri - birinə qarşı düran, yaxud elə bir fərqi olmayan sistemlər deyildir. Qərb mədəniyyəti myəyyən mədəni - tarixi zərurət üzündən şərq mədəniyyətindən doğan, bütün yer üzünün mədəniyyət sisteminin yaranmasında ortaya çıxmiş boşluğu doldurmaq uçün fəaliyyətdə olan bir dünyagörüşü, mədəniyyət sistemidir. Şərq və qərb mədəniyyət sistemləri arasındakiı münasibətləri aydın təsəvvür etmək üçün ən əvvəl şərq və qərbin, yer üzünün, tarixi proseslərin mahiyyətini konkretləşdirməyə ehtiyac vardır. Əvvəlcə şərq mədəniyyətinin formalaşdığı prosesi gözdən keçirək.

Şərq mədəniyyəti formalaşarkən yer üzündə əhali olduqca az idi. Şərqli günəş enerjisi ilə zəngin olan olduqca gözəl, münbit bir ərazidə yaşayırdı. Meşələr, düzlər ov ilə dolu idi. İnsanın ən mühüm sərvəti onun fiziki gücü idi. İnsanlar öz münasibətlərini daha çox özlərinə məxsus fiziki güclə müəyyənləşdirirdilər. Göy yzyndə günəş var idi, yer üzündə gözəl çoğrafi şərait, gül - çiçək, bağ, meşə və s. Şərqli, “kosmo” əlaqələri daha güclü, “bio” sistem kimi möhkəm, təbiətdəki harmoniya ilə təmasda, nisbətən sərbəst “psixo”, daha sadə, primitiv cəmiyyətdəki “sosial” varliq kimi formalaşırdı. Təsadüfi deyildir ki, bütün dinlər məhz ilk dəfə Şərqdə yaranmışdır. Şərqlilər daha təbii yolla, uzun əsrlər boyu öz mədəniyyətlərini formalaşdırırdılar. Şərq mədəniyyəti təbiətə daha yaxındır. Şərq musiqisində, rəssamlığında, ədəbiyyatinda, elmində, ayinlərində, adət ənənələrində təbiətdən əxz olunma, təbiətdən bəhrələnmə daha güclüdür. Şərq mədəniyyətinin mahiyyəti, əsas prinsipləri ahəng, harmoniya qanunlari ilə formalaşır. Şərq mədəniyyətində günəş amili, günəş enerjisinin təsiri daha güclüdür.

İndi isə qərb mədəniyyətinin mahiyyətinə diqqət yetirək. Qərblilər, şərqdə insan sayca çoxaldıqca, biri - biri ilə fiziki zəmində mübarizə gücləndikcə, sıxışdırılan, incik salınan, məğlub olmuş, qaçqın əhvalı ilə qərbə - coğrafi şəraiti diha kəskin, təbiəti sərt, günəşi az və s. olan ərazilərə sıxışdırılan insanlardır. Qərblinin genlərində, qan yaddaşinda bir qorxulu şərqli obrazı vardır. Qərbdə insanlar cəmiyyət, ölkə, dövlət kimi formalaşanda şərq artıq çox inkişaf etmişdi. Şərq mədəniyyəti formalaşarkən onun üçün ən qüdrətli varlıq günəş idisə, qərb mədəniyyəti formalaşanda günəşlə onun arasında bir Şərq güdrəti də vardı. Qərbli sərt, az məhsuldar torpaqlarda, şərqlinin təhlükəsi altında yaşayırdı. İnsan psixologiyası elədir ki, doğma bacı, qardaş belə biri - birinin uğuruna qısqanır, sıxılır. Buna görə də qərblidə eyni zamanda şərqliyə bir qısqanclıq hısslərı də formalaşırdı. Öz şəraitinə, coğrafi mühitinə görə qərbli məcbur idi ki, daha çox praktik fəaliyyətlə məşğul olub öz həyatını, yaşayışını təmin etsin. Beləliklə qərbli, uzun illər boyu təbiətin səxavəti, dünyadakı sərbəstliyi hesabına romantika, xəyallar aləmində formalaşmış şərqlidən fərqli olaraq daha real amillərin təsiri altinda, yer qayğıları ilə, sosial həyatın sərt tələbləri ilə üz – üzə olaraq formalaşırdı.

Beləliklə, bir zamanlar yer üzü əsasən Şərqdən ibarət idi və onun elmi, mədəniyyəti, siyasəti də yalnız şərq boyda, şərq xarakterdə bir bir sistemi idarə etmək üçün formalaşırdı. Şərqdə irəli çıxan hər hansı bir xalq bu sistemin potensialı baxımından ön mövqe qazanırdı. Get - gedə formalaşan, institutlaşan dinlər də bu sistemin mövcudluğunda mühüm rol oynamağa çalışırdılar. Dünyanın mahiyyətinə daha yaxın olan, şərq psixologiyasına, ahəng, harmoniya qanunlarına daha uyğun olan islam dini gücləndikcə müsəlman xalqları daha ön mövqeyə çıxmağa başladilar. İslamın yayıldığı ilk beş əsrdə onun əhatə etdiyi ölkələrdə dünyəvi elmlər sahəsində böyük sıçrayışlar baş verdi. Bunun səbəbi cəmiyyətin harmonik inkişaf strategiyalarını ortaya qoyan Məhəmməd peyğəmbərin praktik dünyəvi elmlərə də verdiyi böyük önəm idi. Qurani – Kərimdə elmə, alimə verilən qiymətlər, Peyğəmbərin məhz dünyəvi elm sahələrini nəzərdə tutaraq «elm Çindədirsə onun dalınca Çinə getmək lazımdır!» kimi kəlamı böyük Peyğəmbərin Quranın daha yaxşı dərk olunması, onun tələblərinin yerinə yetirilməsi üçün dünyəvi elmlərin inkişaf etməsinə nə dərəcədə böyük əhəmiyyət verdiyini göstərir. Böyük peyğəmbər sox gözəl bilirdi ki, haqq elminin daşıyıcısı olan Qurani- Kərim hikmətlərini insanların başa düşməsi, ona əməl etməsi üçün insanların imanla yanaşı həm də intellektual imkanları artmalıdır. İntellektual itmkanların artması üçünsə dünyəvi elmlər insanlar arasında daha çox yayılmalıdır.

Orta əsrlərdə daha mütəşəkkil, çevik olan türklər Şərq mədəniyyətinə, ümümiyyətlə dünya sivilizasiyasına liderlik etməyə başladilar. Bu zaman artiq qərb aləmi də nəhəng bir sistem kimi formalaşaraq özünü yer üzünün digər tərəfinin sahibi kimi göstərməyə başladı. Şərq hiss etdi ki, yer üzü artıq əvvəlki yer üzü deyildir. Şərq, ilk növbədə türklər, yer üzündə yaranmış yeni sistemi öz təsir dairələrinə salmaq üçün mübarizəyə başladılar. Amma şərq bu mübarizəni aparmaq üçün bu potensiala malik deyildi. Onun elmi, mədəniyyəti, siyasəti bu gücə malik deyildi. Digər tərəfdən, müxtəlif səbəblər üzündən mövcud potensialın özü də zəifləməyə başlayırdı. Quranın, dünyəvi elmlərin mahiyyətinin lazımınca dərk olunmaması səbəbindən, müxtəlif hökümdarların, siyasətçilərin təsiri altında yeni yaranan dini təriqətlər, dünyagörüşləri islam mədəniyyətinin harmonik inkişafına mane olmağa başladı. Bir sıra sufi alimləri elmi təfəkkürün təsiri altında gerçəkliyin dərki, dünyanın fəlsəfi anlamı baxımından olduqca dərinlərə getsələr də hadisələri birtərəfli mövqedən qiymətləndirmənin təsiri altına düşdülər. Sosial amillərin rolu lazımi şəkildə qiymətləndirilməməyə başlandı. Beləliklə artiq XIV əsrdə elə bir şərait yarandı ki, yer üzünü bir sistem kimi idarə etmək sahəsində bir ideoloji, elmi, mədəni boşluq yarandı. Şərq öz əlinin arxasını yerə qoymalı oldu. Əsrlər boyu yer üzünün lokamativi rolunu oynayan şərq dünyagörüşü şaşırdı, özünü itirdi və gözləmə mövqeyinə keçməyə məcbur oldu. Yaranmiş olan boşluğu doldurmaq uçün gənc qərb mədəniyyəti daha enerjili, həvəsli, potensiallı idi. Beləliklə XV əsrdən başlayaraq qərb mədəniyyətinin inkişafı üçün mühüm tarixi şərait yarandı.

Qərb dünyagörüşü şərq dünyagörüşü ilə müqayisədə naşı, dəlıqanlı, sərgüzəşt axtaran, enerjili bir gənc halındadır. Bu dəliqanlı hələ başını hər bır münuqişəyə soxan, özünü hər yana çırpararaq xarüqələr yaratmaq istəyən insan təsiri bağışlayır. Amma getdikcə o şərqin ona nə qədər doğma olduğunu hiss etməkdə, şərqin təcrübəsindən yararlanmağa möhtac olduğunu hiss etməkdədir. Şərq isə özünü itirmiş insan halından çıxaraq, oyanaraq, qərbin bütün hərəkətlrini təlqin etmək illuzyasından xilas olaraq öz potensialını qiymətləndirməyə başlayıb. Şərq ılə qərbin biri - birini sevərək ortaya qoyacaqları ortaq mədəniyyət yer üzünü daha doğru yolla inkişaf etməsinə səbəb olacaqdır. Amma bu ortaqlıq mexaniki sintez vasitəsi ilə baş verə bilməz. Şərq və qərb mədəniyyətlərinin, fəlsəfəsinin kortəbii sintezi məsəlisi bir kənara qoyulmalıdır. Şərq mədəniyyətinin strategiyaları, qərb mədəniyyətinin isə taktikası daha mükəmməldir.

Şərq mədəniyyətinin, şərq fəlsəfəsinin strategiyalarının daha düzgün olduğu qəbul edilməli, qərb mədəniyyətinin, fəlsəfəsinin taktikasından istifadə edərək, şərq mədəniyyətinin, fəlsəfəsinin fundamenti üzərində yeni mədəniyyət strategiyaları müəyyənləşməlidir. Şərqin müdriklik və qərbin praktiklik təcrübəsi hökmən birləşməlidir. Amma çox təəsüf kı, indiki zamanda Şərqli öz mədəniyyətinin mahiyyətini axıra qədər dərk eləyə bilmir. Şərqin öz tərəqqisini qərbi yamsılamaqla, “daha tez qərbli olmaqla” axtarması yolu çox səhv, təhlükəli yoldur. Həm şərqlinin özü üçün təhlükəlidir, həm də ümumiyyətlə bütün yer üzü üçün.

Əgər yer üzünü bir sistem kimi götürsək, həm şərq, həm də qərb bu sistemin alt sistemləridir. Sistem nəzəriyyəsindən aydındır ki, hər bir sistemdə hər bir alt sistemin öz funksiyaları var və onlar biri - birini əvəz, təkrar edə bılməz. Bu zaman sistemdə aşınma gedər.

Qərb mədəniyyəti əsasən xristian mədəniyyətinin bazası üzərindədir. Şərqlinin qərbli olması üçün o ən əvvəl xristian dəyərlərini qəbul etməlidir. Öz qan, gen yaddaşını, ruhunu dəyişməlidir. Əvvala bu absurddur. İkincisi isə bu bəşəriyyətin inkişafi baxımından təhlükəlidir. Şərqlinin ruhu öz coğrafi, tarixi, mənəvi cəhətləri ilə ahangə köklənmiş Zərdüşt, Konfutsi, Budda, İslam, təlimlərinin təsiri altındadır. Şərqli öz təbiəti etibarı ilə “kosmo” əlaqələri güclü, bioloji olaraq günəş enerjisi ilə zəngin, temperamentli, romantik ruhlu, ahəngə, gözəlliyə aludə, təbiətdən daima sevgi duyan bir insandır. Şərqlinin bədii sözə, atalar sözlərinə, hikmətli lətifələrə böyük hörməti var. Şərqli eyni zamanda musiqiyə də aludədir. Onların əksəriyyəti tək qaldıqda züm - zümə edir. Şərq rəqslərinə fikir verin. Onlarda təbiətə məxsus vıbrasiya, firlanma elementləri zəngindir. Bu rəqslərdə kosmosla əlaqə vəziyyətləri tez - tez təkrar olunur. Bunlar təsadüfi deyil, ruhun tələbi ilə olan məqamlardır. Bunlar insani keyfiyyət cəhətdən şərqin böyuk potensialıdır. Çox təəsüf ki, bu potensial aydın dərk olunub nəzərə alınmadığından şərqli bu gün zəlil gündədir. Estetik tərbiyə düzgün qurularsa şərgli daha gözəl incəsənət əsərləri yarada bilər. İndiki vaxta dayaz şeirə, dayaz müsiqiyə bu qədər kütləvi axın onün hesabinadır ki, şərqdə estetik tərbiyə şərqlinin potensialina uyğun qurulmayıb.

Bu gun söhbət şərqlinin qərbliləşməyindən, yaxud qərblinin şərqliləşmyindən getməməlidir. Yer üzünün uğurlu yolu həm şərqlinin həm də qərblinin biri birlərindən bəhrələnərək, öz kökləri üzərində daha da zənginləşərək, biri birini tamamlamasından, yer üzünün başqa mədəni potensiallarını üzə çıxarmasından keçir.

Bütün bu deyilənlərdən nəticə olaraq bir daha aydın olur ki, qlobollaşmanı yalnız dar bir çərçivənin maraqları yönündə aparmağa çalışanlar yer üzü üçün olduqca təhlükəli addımlar atmaqdadırlar. Bunu qərb alimlərinin bir çoxları da etiraf etməkdə, bu prosesə qarşı mübarizə aparmaqdadırlar. Amma təəsüf ki, mədəniyyət sistemlərinə təhlükəli əl uzadan iqtisadi, siyasi maraqlara malik olanlar olduqca güclüdürlər və geniş imkanlara malikdirlər.

İndiki vaxtda Azərbaycan ziyalısının qarşısında duran tarixi vəzifə, missiya öz ölkəsinin mədəni, mənəvi potensialını qorumaq, ondan bütün bəşəriyyətin faydalanması üçün düşünülmüş fəaliyyət göstərməkdir. Bu fəaliyyət qlobal şəkildə – dünya mədəniyyəti ilə qarşılıqlı zənginləşmə prinsipi ilə həyata keçirilməlidir. Azərbaycan olduqca unikal bir mədəniyyətə malikdir. Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin təbii, tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda atəşpərəstlik, türk, iran, qafqaz, yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və s kimi müasir dünya sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşmış, dünyanın inkişafı üçün görk olan mədəniyyət, inkişaf modelləri yaratmışdır. Bizim bu qədər möhtəşəm bir mədəni sərvətimiz vardır. Amma təəsüf ki, öz ziyalılarımız bu sərvəti lazımi qədər qiymətləndirə bilmirlər. Ölkəmizdə qlobollaşma həyata keçirən qüvvələr də bu sərvəti lazımınca görə bilmirlər. Bu sərvətin qüdrətinin nədə olduğunu həmin qüvvələrə bu günkü Azərbaycan ziyalısı deməlidir.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031