manera.az
manera.az

Bakıda möhtəşəm türk gecəsi - Fotolar

14-09-2019, 22:48

Bakıda möhtəşəm türk gecəsi - Fotolar
Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı, Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Bakının erməni-bolşevik işğalçılarından azad olunmasının 101 illiyinə həsr edilən “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirildi.

Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilmiş zalda möhtəşəm atmosfer hökm sürürdü. Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının əvəzolunmaz ifaçısı Şəmistan Əlizamanlının aparıcılıq etdiyi gecədə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi. Daha sonra ATXƏM-in sədri İlham İsmayılov möhtəşəm türk gecəsini giriş sözü ilə açdır. O, Türkiyədən, Şimali Kipr Türk Cümhuriyyətindən gəlmiş qaziləri, həmçinin Azərbaycanın şəhid ailələrini, Qarabağ müharibəsi iştirakçılarını, millət vəkillərini, ziyalıları, digər iştirakçıları səmimi salamladı. İ.İsmayılov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır vaxtlarında Azərbaycana qardaş köməyinə gəlmiş Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası barədə danışdı. Natiq bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dünyaya örnək olub.

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirdi ki, zamanında Azərbaycanı xilas etməyi qardaşlıq borcu bilən qəhrəman Nuru Paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. O deyib: “Qafqaz İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni-bolşeviklərdən xilas etdi. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir”. Qənirə xanım tədbirə qatılan türkiyəli qonaqları, tanınmış simaları da iştirakçılara təqdim etdi.
Bakıda möhtəşəm türk gecəsi - Fotolar
Tədbirdə xanımı ilə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirdi ki, 1918-ci ildə baş vermiş bu hadisəni qeyd etməyimiz bizim üçün çox önəmlidir. “1915-ci ildə Çanaqqala döyüşündə türklərlə bərabər, azərbaycanlı qardaşlarımız da şəhid olub. Üç il sonra - 1918-ci ildə azərbaycanlı qardaşlarımıza kömək lazım olduqda heç düşünmədən bu köməyi etdik. Tarix boyu azərbaycanlı qardaşlarımıza kömək lazım olanda müraciət gözləməmişik. Dostluğumuz, qardaşlığımız 100 illər keçsə də, davam edəcək və daha da güclənəcək. Biz bu münasibətlərin güclənməsi üçün hər bir sahədə əlimizdən gələni etməyə hazırıq”, səfir bildirdi. Diplomat Azərbaycan xalqının 1130 Türk şəhidinin məzarına sahib çıxdığını, onu göz bəbəyi kimi qoruduğunu və bugünki nəslə təqdim etdiyini də məmnunluqla ifadə etdi.

Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev tədbir iştirakçılarına 1918-ci ildə erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən söhbət açıb. 15 sentyabr tarixinin əhəmiyyətindən danışan sektor müdiri qeyd eti ki, Azərbaycan böyük çətinliklərlə üzləşən bir vaxtda - 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəldi. Əgər bu gün biz Bakının azad olunmasını qeyd ediriksə, bunu o zamankı türk və Azərbaycan əsgərlərinə borcluyuq. Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı davam edir. Q.Əliyev qeyd etdi ki, vaxtilə Bakının ən hündür nöqtəsində Azərbaycan xalqının başına faciələr gətirmiş Kirova heykəl qoymuşdular, amma onun Nuru Paşa kimi xilaskarları barədə məlumatlar xalqdan gizli saxlanılırdı.

Tədbirdə iştirak edən şair Nəriman Həsənzadənin “Nuru paşa” poemasından bir hissəni aktyor Midhət Aydın tamaşaçılara təqdim etdi və zalı coşdurdu.
Bakıda möhtəşəm türk gecəsi - Fotolar
Gecə yarısınadək davam edəm ədəbi-bədii tədbirdə Türkiyədən gəlmiş qonaqlar - araşdırmaçı, jurnalist Meryem Aybike Sinan, Əhməd Yəsəvi Vəqfinin rəhbəri Fatma Sönmez, Ötüken nəşriyyatının rəhbəri və redaktoru Ayşegül Büşra Çalık, araşdırmaçı alim Neslihan Kabaklı və başqaları çıxışlarında 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən bəhs etdilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Bakının işğaldan azad olunmasında Nuru paşa və silahdaşlarının göstərdiyi şücaətdən bəhs etdi. Həmçinin Türkiyə və Şimali Kiprdən gəlmiş qaziləri təqdim edəndən sonra sözü onlara verdi. Qardaş ölkələrdən gəlmiş qazilər də ürək sözlərini söylədilər, Qarabağın azad olunması ilə bağlı arzularını dilə gətirdilər.

Tədbirin ədəbi-bədii hissəsində Şəmistan Əlizamanlı türkçülükdən, bayrağımızdan, Nuru paşadan bəhs edən möhtəşəm ifaları ilə hər kəsin ürəyini fəth etdi. Müğənni Şahin İsmayılovun ifası da alqışlarla qarşılandı. Sonda tədbirdə iştirak edən qonaqlara xatirə hədiyyələri təqdim edildi./musavat.com/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031