manera.az
manera.az

Bizə nə olub?- Anar Məcidzadə yazır

11-05-2017, 13:17

Bizə nə olub?- Anar Məcidzadə yazır


Anar Məcidzadə

Hər gün intihar xəbərləri eşidirik. Bəzən günümüzə bu cür məlumatlarla başlamalı oluruq. Nədən, nə səbəbə intihar edirik? Bizi buna vadar edən nədir? Sosial problemlərmi? Son intihar xəbərləri bunun əksini deyir. Belə ki canına qıyanlar arasında hətta imkanlı şəxslər də var. Deməli məsələ sosial-maddi vəziyyətlə bağlı deyil.

İntiharların əsas səbəblərdən biri də insanlar arasındakı münasibətlərdir. Son zamanlar insanlar biri-birilərinə qarşı laqeyd olublar. Laqeydlik, münasibətərin kəsilməsi, cəmiyyətdəki aqresiya insanları intihara sövq edir. İnsanların sevgi, mərhəmət hissləri ölüb. Anlaşma, sevgi (insanların biri-birilərinə qarşı olan sevgisi) olmayan yerdə ruh düşgünlüyü, həyatdan bezmək kimi hallar meydana gəlir. Deməli hər hansısa bir ucqar kənddə baş verən intihar hadisəsində mənim də, sənin də günahın var.

Niyə insanlardan qaçırıq?

Niyə insanlara qarşı laqeyidik?

Bəlkə, o intihar edən şəxsin dərdini, problemini zamanında dinləsəydik, o intihar etməzdi?! Bəlkə, o, intihar etdiyi ana qədər bizdən kömək – sadəcə dinləmək, təsəlli gözləyib? Amma bu “bəlkə”lər heç kəsi həyata qaytarmır. Biz intihar xəbərlərinə acımaqdansa, insanlara mənəvi dayaq durmalıyıq. Çünki hər zaman insanın maddi dəstəkdən çox mənəvi dəstəyə ehtiyacı var. “O xəstədir, psixoloji problemləri var”, “Onun dərdi mənə qalıb?” düşünərək insanları özümüzdən və ya özümüzü insanlardan uzaqlaşdırmayaq. Çünki cəmiyyətdə baş verən istnəilən neqativ hallar, proseslər sənə də fədr olaraq təsir göstərir.

Əgər kiminsə intihar etməyini istəmiriksə:
İnsanlara qarşı mənəvi dəstəyimizi əsirgəməyək.
İnsanlara laqeyd yanaşmayaq.
İnsanların problemlərinə laqeyq olmayaq.
İnsanları sevək. İnsanlığı sevək.
Bütün bunlara əməl etsək “Biz niyə intihar edirik?”, “Bizə nə olub” kimi suallarla başımızı yormayacağıq.

P. S İntiharla əlaqəli hisslər: Dərin kədər və ümidsilik, nifrət, peşmançılıq, təhrikedici davranışlar.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30