manera.az
manera.az

Hicablı qadın və sərxoş şairlər... - Nicat Həşimzadə - MANERA

29-05-2015, 10:42

Hicablı qadın və sərxoş şairlər... -  Nicat Həşimzadə  - MANERA Nicat Həşimzadə

Bu gün şair dostlarla içki məclisində görüşürük. Bəzən stress atmaq üçün pivə içir, lətifələr danışır, bir sözlə özümüzü gicliyə qoyuruq. Camaat da bizi dahilik səviyyəsinin yüksəkliyindən dəli olmuş hesab edir. Bir həqiqət var ki, içəndən sonra daha səmimi olur, şeirlərimizi daha həvəslə oxuyuruq. Hesabı da alman qaydası ilə ödəyirik. Sözüm onda deyil. Sizə diqqətimi cəlb edən qeyri – adi hesab etdiyim bir məsələ haqqında danışmaq istəyirəm. Sonuncu pullarımızı kafedə qoyandan sonra bəzi şair dostların yol xərci qalmadı. Sərxoş olduğumuza görə avtobusda uca səslə danışdıq. Millət nə vaxta kimi manıslara, «Lexus» sürüb Qarabağdan danışan gicbəsər ziyalılara qulaq asacaq? Bəzən şairləri də dinləmək lazımdır. Nə qədər çalışsaq da yol pulumuz düzəlmədi. Mənim pulum var idi. Amma özümü aferistliyə qoymuşdum. İçkili olanda özümü dünyanın sahibi zənn edirəm. Təbii ki, zarafatdır. Sadəcə olaraq «Xan Xəzinəsi Kitab Evi»ndən icarəyə kitab almalı idim. Son pulumu bu məqsədlə saxlamışdım.

5 nəfər idik, 80 qəpik düzəldi, 20 qəpik xırda tapılmadı. Əslində dostlardan kimsə hamının yerinə yol pulunu verə bilərdi. Belə mental axmaqlıqları sevmirik. İçkili olduğumuzu başa düşən hicablı qadın ( yaşı 50 – dən çox olardı) bizə dedi:

- Oğullarım, siz düşərsiz, gediş haqqını mən ödəyəcəm. Elə bildik, zarafat edir. Ancaq nəqliyyatdan düşəndə bizə «düşərsiz» deyib sürücüyə 1 manat 20 qəpik ödədi. Təəccübləndik. Kim tanımadığı bir insana belə xeyirxahlıq edir, bu cür hadisəyə nadir hallarda şahidlik edirik. Azərbaycanda yazıçı olmaq Çin işgəncəsi yaşamaq deməkdir. Mədəniyyətli oxucu tapmaq çətindir. Sənə sadəcə səni sındırmaq, özlərinin olmayan dahiliklərini sübut etmək üçün axmaq – axmaq suallar verirsən. Ən çox da bu sualı verirlər:

Nicat, niyə yazırsan? Güya ki, camaat düzələcək. Oxuyan var heç?

Adətən belə suallara cavab verməkdən qaçıram. Bu tip adamlara baş qoşmaq zaman itkisidir. Amma tərs zamanıma düşəndə deyirəm ki, sən niyə masturbasiya edirsən, mən də ona görə yazıram . Başqa cavab gəlmir ağlıma. Azərbaycanda o qədər gic – gic sevgi şeirləri yazılıb ki, camaat bütün yazarları qadın düşkünü hesab edir. Ölkədə o qədər ciddi problemlər olduğu halda bəzi yazarlar Somalidəki aclığa görə üzülüb Afrikaya banan daşımaq istəyirlər...

Yaza – yaza əsəblərim qarışdı. Qəhvə də yoxdu, içim sakitləşim...

Azərbaycan insanı həyatı çəhrayı rəngdə görür. İnsanlara hansısa müğənninin döşləri, arxasının skilon olub – olmaması daha çox maraqlıdır. Çünki seksual aclıq sindromu var. Bir nəfər də olsun ziyalısını tanımır. Amma müğənninin çöldə qalan döşünə görə narahat olur.

İndi humanist hicablı qadın haqqında danışım. Materialit olduğuma görə hicablı qadın görəndə özümdən aslı olmur, əsəbləşirəm. Amma bu qadının üzündən nur yağırdı. Gediş haqqımızı ödədi. Söhbət o puldan getmir e. Mən bir həqiqəti dərk etdim ki, əgər istəsələr idealistlər və materialistlər sülh, əmin – amanlıq içində yaşaya bilərlər. Hətta biz dinin əleyhinə fikirlər söylədik, o qadın da eşitdi, mənfi reaksiya vermədi, üzümüzə güldü. “Xoşbəxt olun” - dedi. Gedərkən gediş haqqımızı verdi və bizimlə sağollaşdı . Mən o qadının simasında insan sevgisi gördüm...

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031