manera.az
manera.az

Bəsit şoularla uçuruma doğru... |MANERA.AZ

6-06-2016, 12:02

Bəsit şoularla uçuruma doğru...  |MANERA.AZ
Turan Etibaroğlu yazır...

Avropada kiçik yaşlı uşaqlara belə Bethoven, Motsart, Bax barədə sual veriləndə ətraflı cavab almaq mümkündür. Həmin balacalar bu dahi bəstəkarların ölməz əsərlərinin adlarını da əzbər deyə bilərlər.

Bəs bizdə necədir?


Orta məktəb şagirdləri bir yana dursun, yüksək ödənişli ali təhsil ocaqlarımızın tələbələri əksər hallarda “Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev kimdir?” sualına cavab verməkdə çətinlik çəkirlər. Bəs vəziyyətin bu həddə çatmasının günahı kimdədir? Niyə gənclərə öz dahi şəxsiyyətlərimizi yetərincə tanıda bilmirik?

Valideynlərin, orta və ali məktəb müəllimlərinin məsuliyyəti öz yerində, telekanallarımız da yaxalarını kənara çəkə bilməzlər. Bütün günü efirdə ucuz, bəsit şouların göstərilməsinin, səviyyəsiz, heç bir savadı və istedadı olmayan “ulduzların” təbliğinin sonu belə olmalı idi.

Əgər Space kanalındakı “palatka toyu”- yəni “Sevimli şou” efirə “bozartma müğənniləri” çıxarıb vur-çatlasın salırsa, ANS meyxana yarışması, “Xalqın artisti” və digər verilişlərlə gözlərimizi yağır edirsə, “Lider”, ATV mənasız proqrmalarla reytinq savaşına çıxırsa, Rəqsanə, Telli Borçalı... telekanallarımızın dəyişməz qəhrəmanları olursa, gənclər kimdən nümunə götürməlidir?

Həmin kanalların rəhbərləri efirə dəvət etdikləri tanınmış sənət adamlarının adlarını çəkib iradlarımıza haqq qazandıra bilərlər. Lakin etiraf edək ki, aradabir efirə çağırılan böyük sənətkarımız da yalançı ulduzların yanında görünməz olurlar.

Səhər-axşam ekrandan, radio dalğalarından gənclərin zövqü korlanır. İbrahim Borçalı, Üzeyir Mehdizadı kimi oxuyanların ifa etdiklərinin mətninə diqqət edəndə insanınn əti tökülür. Belə də mahnı olar: “Kəsəcəm damarlarımı..."?

Biz bəzən müğənni Əli Mirəliyevin iradlarına gülürük, amma gəlin etiraf edək ki, onun dediklərinin çoxunda həqiqət var. Gənclərimiz bu gün efirdən düşməyən istedadsız adamalrı ulduz sayırsa bəs Rübabə Muradova, Sara Qədimova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Flora Kərimova, Mirzə Babayev, Gülağa Məmmədov... kimi nəhəng sənətkarlarımız necə olsun?

Sevgidən bəhs edən indiki “mahnılara” qulaq asanda adam sevgiyə nifrət etmək istəyir.

Bu mahnı sözlərinə baxın:

Az ona-buna qısqan məni
Sənsən ürəyimin təbi
Ay mənim dəli balam

Sevirəm təkcə səni
Neylirəm mən özgəni
Ay mənim dəli balam

“Sözlər” ürəyinizə yatdımı?

Hüsnün gözəl ayətləri,
ey sevgili canan!
Olmuş bütün aləmdə sənin
şəninə şayan Gəl eylə nəvaziş,
mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.

Yəqin ki, fərqi hiss etmək çətin olmadı. Xalqımızın dahi şair və bəstəkarları, böyük müğənniləri bizə qiymətli xəzinə yadigar qoyublar. Biz gənclərimizə əsl sənət nümunələrini təbliğ etməliyik ki, həmin qiymətli miras gələcək nəsillərə də ötürülsün. Biz bu mənəvi sərvətə sahib çıxmasaq xain qonşularamız- ermənilər bu qiymətsiz mirası öz adlarına çıxaracaqlar.

Üzeyir Hacıbəylini, Qara Qarayevi, Fikrət Əmirovu, Niyazini, Cahangir Cahangirovu,Tofiq Quliyevi... tanımayan gənclər öz övladlarına Üzeyir Mehdizadəni, İbrahim Borçalını, Rəqsanəni, Telli Borçalını təbliğ edəcək.

Təhlükə realdırmı?!...


MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30