manera.az
manera.az

Məşhur türk şair vəfat etdi

Məşhur türk şair vəfat etdi
Türkiyənin tanınmış şairlərindən “Küçük İsgəndər” adı ilə məşhurlaşan Dərman İsgəndər Över vəfat edib.

Manera.az xəbər verir ki, 55 yaşlı şairin ötən il xərçəng xəstəsi olduğu üzə çıxıb. Bir illik müalicə nəticəsiz qalıb və o, yaşadığı Bodrumda vəfat edib.

1964-cü ildə İstanbulda anadan olmuş şairin şeirləri Türkiyənin bir çox məşhur qəzet və jurnalında çap edilib.

Daha sonra bir neçə kitabı nəşr olunan “Küçük İsgəndər” Türkiyə ilə yanaşı, Kanada, İtaliya, Almaniya və digər ölkələrdə mükafatlara layiq görülüb.

Manera.az bir şeirini oxuculara təqdim edir:

AĞRILI EŞQLƏR QALASI

bir səndə tənbih etdim
səadəti
heç nə xatirə deyil
əslində
ya çağlayan sular kimi
baxardın mənə
ya da donan sular kimi gülərdin
bütün gur sular
indi qorxudur məni
bir tək səndə tənbih etdim səadəti
heç nə xəyanət deyil
əslində
gah qaralan hava kimi
toxunurdun mənə
gah dalğın hava kimi sevişirdin
bütün gözəl havalar
indi ağladır məni
(Tərcümə: Azad Qaradərəli)

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930