manera.az
manera.az

Kivi- Azərbaycan dilində ilk dəfə/ MANERA.AZ

16-01-2017, 10:30

Kivi- Azərbaycan dilində ilk dəfə/ MANERA.AZ


Manera.az Oktay Hacımusalının tərcüməsində buryat şairi Amarsana Ulzıtievin şeirlərini təqdim edir.
***
Çayın sularında çimib özünü silkələdi fil.
ətrafına baxdı sonra şən – şən.
Kainatın yaradılışındakı iki kəlimə idi elə bil.
Bəzən necə yeraltı qəhvə rəngli suda
Avar çəkmək mümkün olmursa, bax suya atdı eləcə özünü o da.

Qışqır bağır salıb qədim dillərin birində nəsə dedi təlimçi
Aşağı əyilən filsə gələn turistlərə arxasını çevirdi israrla
Ya da gülməli bir hərəkət etdi
Batıb palçıqlı suya
Dünyanı vecinə almadı.

Adi, bəsit sözləri yığıb bir yerə
Mən bu qocaman fili anladım,
Qoy səni bütün Rusiya yuyundursun günəşli havada, ilıq suda
Geri qayıtmaq elə də gözəl hal deyil çünkü.

Ucsuz bucaqsız bir söz üzür müqəddəs sularda,
Sıxılıb bir küncə qalan dünyaya inad.
böyük və ucsuz – bucaqsız ilk sözlə
çimirdi, qurulanırdı fil.
***
Kivi

bu quş balacadır bapbalaca amma mükəmməl bir tırtıl da olardı ondan
çevrilib qurd olardı, sonra balaca uşaqlar onu alıb yuxarı qaldırardılar bir budağın üstündə
axsaya axsaya yeriyən bu qanadsız quş tək qala bilərdi yalquzaqlar kimi gecə boyunca meşələrdə
bir ayağını sındırıb çıxa bilərdi tələlərdən, ölüm kimi uzun gələrdi ona məhbəs və ayrılıq.

amma o dimdiyini tullamadı bir tərəfə, boz bir kürk geyinmədi əyninə
və yavaş yavaş böyüməyə üstünlük verir hazırda.

yəni
eşir eşir torpağı
incə və hərəkətli soxulcanları axtarıb tapır aparır dimdiyinə
ürəyimdəki bütün hissləri cuşa gətirir bapbalaca bədəni ilə.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031