manera.az
manera.az

Mən niyə yazıram? - Corc Oruel

8-10-2019, 15:51

Mən niyə yazıram? - Corc Oruel
Çox erkən yaşlarda – beş, yaxud altı yaşım olarkən artıq bilirdim ki, böyüyəndə yazıçı olacağam. On yeddi yaşımdan iyirmi dörd yaşıma qədər xeyli cəhdlər etdim ki, bu fikirdən daşınım. Ancaq artıq mümkün deyildi, başa düşürdüm ki, bundan imtina etmək fitrətimə ziddir, gec, ya tez mütləq kitab yazacağam.

Üç uşağın ortancılı – evin kiçiyindən beş yaş böyük, böyüyündən beş yaş kiçik idim. Səkkiz yaşıma qədər atamı çox az görmüşəm, bəlkə, elə bu səbəbdən özümü bir qədər yalnız hiss edirdim. Məndə xoşagəlməz davranışlar əmələ gəlmişdi, məktəb həyatı boyunca pis ad çıxarmışdım. O qədər yalnız idim ki, xəyali insanlarla söhbətləşirdim və məndə hekayə uydurma vərdişi yaranmışdı. Ona görə də düşünürəm ki, ədəbi ambisiyalarım təcrid olunmağım və özünü dəyərsiz hiss etməyimlə bağlı duyğuların qarışığından yaranıb. Bilirdim ki, məndə sözyaratma qabiliyyəti var, xoşagəlməz faktlarla qarşılaşanda isə üzülmür və məhz belə şeylərin gündəlik həyatdakı uğursuzluqlara müqavimət göstərmək üçün xüsusi bir dünya yaratdığını güman edirdim. Buna baxmayaraq, bütün uşaqlığım boyu yazdıqlarımın – ciddi yazıları nəzərdə tuturam – həcmi altı səhifədən çox olmaz.

İlk şeirimi dörd, ya beş yaşında yazmışdım, anam isə onu makinada yığmışdı. Yadımdadır ki, şeir pələng haqqında idi və mənim pələngimin “kürsü kimi dişləri” – kifayət qədər yaxşı ifadədir – vardı. Ancaq bu şeir Bleykin “Pələng, pələng” şeirinin təqlidi idi.

On bir yaşımda I Dünya müharibəsi başladı, mən də vətənpərvərlik mövzusunda şeir yazıb yerli qəzetdə çap etdirdim. İki il sonra Kitçnerin vəfatına həsr edilən şeirim dərc olundu. Daha sonralar georgian üslubunda “təbiət şeirləri” yazdım, ancaq onların heç birini sona çatdırmadım. Kiçik hekayələr yazmağa da cəhd edirdim, amma heç nə alınmır, inanılmaz uğursuzluğa düçar olurdum.

Bununla belə, bütün bu müddətdə mən ədəbi fəaliyyətlə məşğul idim. Həmin illərdə sifarişlə, tələm-tələsik, heç bir zövq almadan cəfəngiyyat yazdığım çox olub. On dörd yaşımda düz bir həftə Aristofanı təqlid edərək dram da yazmışdım. Mən eyni zamanda məktəb jurnallarını redaktə edirdim. Bu jurnallar təsəvvür edə biləcəyiniz ən amansız satiralarla dolu olsa da, o vaxtkı əziyyətim indiki ucuz jurnalistikadan çəkdiyim əziyyətdən çox deyildi. On beş yaşımda özüm haqqında silsilə “hekayələr” quraşdırır və əksər yeniyetmələrə xas olduğu kimi yalnız zehnimdə saxladığım gündəlik yazırdım. Məsələn, özümü Robin Qud hesab edir və təsəvvürümdə canlandırırdım ki, guya həyəcanlı macəraların qəhrəmanıyam.

On altı yaşımda sözlərlə və səslərlə oynamağın sevincinə qərq oldum. İndi bu mənə qətiyyən cazibəli görünməsə də, o vaxtlar sözlərin başına oyun açmaqdan ləzzət alırdım. Geniş təsvirlər və parlaq təşbehlərlə dolu olan, eyni zamanda sözlərin səsləniş xatirinə istifadə olunduğu və xoşbəxt sonluqla bitməyən, irihəcmli naturalist romanlar yazmaq istəyirdim. Püxtələşmiş qələmin məhsulu hesab etdiyim “Birma günləri” adlı ilk romanım – bu əsəri otuz yaşımda yazsam da, ideyası xeyli əvvəl yaranmışdı – məhz həmin kitabdır.

Bütün bu pərdəarxası məlumatlar ona görə vacibdir ki, yazıçının ilkin addımları barədə bilmədən ona stimul verən amillərin düzgün qiymətləndiriləcəyini düşünmürəm. Yazıçının mövzusu yaşadığı dövrlə səsləşir (bu fikir ən azından bizim yaşadığımız inqilabi, səs-küylü illərdə özünü doğruldurdu), eyni zamanda yazmağa başlamazdan öncə onun tam xilas ola bilmədiyi emosional baxışı formalaşır. Şübhəsiz ki, öz temperamentini cilovlamaq, aldadıcı əhval da daxil olmaqla naqis mərhələlərdən qaçmaq lazımdır. Lakin yazıçı ilk vaxtlarda ona təsir edən bütün amillərdən tam arınsa, özündə yazmaq şövqünü öldürəcək. Yaşamaq üçün qazanmaq ehtiyacını gözardı edərək, istənilən nəsr əsərini yazmaqdan ötrü dörd təkanverici qüvvənin olduğunu düşünürəm.

Eqoizm. Müdrik görünmək, öləndən sonra xatırlanmaq və uşaqlıqda onu incidənlərdən qisas almaq arzusu. Eqoizmin güclü bir amil olduğunu inkar etmək yalan olardı. O, təkcə yazıçılara deyil, alimlərə, rəssamlara, siyasətçilərə, hüquqşünaslara, əsgərlərə, uğurlu iş adamlarına da təkan verir. İnsanların böyük qismi əslində xudbin deyil. Təxminən otuz yaşdan sonra onlar fərdiyyətçilik duyğularını itirərək, əsasən başqaları üçün yaşamağa başlayır, yaxud sadəcə əziyyətdən boğulurlar. Lakin həyatının sonuna qədər öz taleyinin sahibi olan azsaylı istedadlı insanlar var ki, yazıçılar da məhz bu təsnifata aiddirlər.

Estetik şövq. Xarici aləmin gözəlliklərini qavramaq, sözlərin doğru nizamını anlamaq, bir səsin digərinə təsirindən duyulan məmnunluq, yaxşı yazıda bir məqamı belə qaçırmadan özünü dəyərli hiss etmək, ədəbi təcrübəni bölüşmək. Estetik duyum yazıçıların bir çoxunda zəifdir, lakin hətta bir publisist və dərslik yazarı da sözlərin və ifadələrin nazı ilə oynamalı olur, mətbəə işindən tutmuş haşiyələrə qədər hər şeylə dərindən maraqlanır. Heç bir kitab estetik ruhdan tamamilə azad deyil.

Tarixi niyyət. Hər şeyi olduğu kimi görmək, həqiqi faktları öyrənmək və onları gələcək nəslin öyrənməsi üçün qorumaq.

Siyasi məqsəd. Burda “siyasi” kəlməsinin bütün mənaları nəzərdə tutulur. Heç bir kitab siyasi təəssübdən tamamilə azad deyildir. “Sənətin siyasətlə işi olmaz” fikrinin özü belə siyasi baxışdır.

Bu müxtəlif amillərin bir-biri ilə necə savaşdığını, insandan-insana, zamandan-zamana necə dəyişdiyini izləmək olar. Öz təbiətim etibarilə mən ilk üç amilin dördüncünü üstələdiyi insanam. Çılğınlıqdan uzaq olduğum illərdə mən təmtəraqlı kitablar yaza bilərdim, buna görə də siyasi mövqeyim tamamilə naməlum qala bilərdi. Bu səbəbdən həcvə üz tutmağa məcbur oldum. Düz beş ilimi özümə yaraşmayan peşəyə (Hindistanda, Birmada imperial polis) həsr etdim, sonra müflisləşdim və məndə uğursuzluq hissi baş qaldırdı.

Bu məndə hakimiyyətə qarşı canımdakı nifrəti daha da artırdı, həyatımda ilk dəfə işçi sinfin vəziyyəti barədə dolğun məlumat aldım. Birmadakı iş imperializmin fitrətini başa düşməyimə səbəb olsa da, bu təcrübə siyasi mövqeyimi müəyyənləşdirməyimə kifayət etmədi. Daha sonra Hitler meydana çıxdı, həmçinin İspaniyada vətəndaş müharibəsi baş verdi. 1935-ci ilin sonuna qədər mən sabit qərar verməkdə hələ də aciz idim. Həmin vaxt yaşadığım dilemmanı əks etdirən kiçik şeirimi xatırlayıram.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031